miri yusif – məktub (remix) lyrics
[bənd 1]
yoxdur ömürdə böhtan, elə böhrandır
yoxdur ömürdə son, hər şey doğulandır
sənsizlə boş qalmışam
səninlə yorulmuşam
heç vaxt oyanmayan hal, o da oyandı
məndən sonra sən qalsan, davam gözəldir
gözlər yağışla dolsa, demək, özəldir
illərin yorğunuyam
sirlərin yorğanıyam
bizim bu saf eşqimiz ölümdən əzəldir
[nəqərat]
sözümə inan, balam, sözümə inan
sözümdə nə quş var, nə də ki, ilan
sözümə inan, balam
sözümə inan
sözümə inan, balam, sözümə inan
qanadları yalvaran, dövranı viran
sözümə inan, balam
sözümə inan
[bənd 2]
imanla sirdaşıyam, ömrüm tufandır
gümanla həmyaşlıyam, gözüm dumandır
kölgə ilə dostlaşmışam
döngəyə qoşulmuşam
tənhalıq sərhədində quyum zəhərdir
hardasan, ay vərdişim, həyatım, hardasan?
bu məktubu yolladım, küləklə duyasan
yarpaqla bir solmuşam
torpaqla bir olmuşam
bizim bu son zəngimiz ölümdən əzəldir
[nəqərat]
sözümə inan, balam, sözümə inan
sözümdə nə quş var, nə də ki, ilan
sözümə inan, balam
sözümə inan
sözümə inan, balam, sözümə inan
qanadları yalvaran, dövranı viran
sözümə inan, balam
sözümə inan
Random Lyrics
- rakhanind – only lyrics
- fancey – feels like dawn lyrics
- doktor kosmos – min mamma lyrics
- c4bal – armas de ogum lyrics
- mo = mc hammer – bi-zonder rappen lyrics
- eric damiano – half my heart lyrics
- unextraordinary gentlemen – open arms, empty air (2011 version) lyrics
- john pizzarelli with the george shearing quartet – lulu’s back in town lyrics
- puro suco – velha história de quebrada lyrics
- fucked up – year of the horse – act one lyrics