miri yusif – mən küləyəm lyrics
[bənd 1]
mən ölsəm, yox olsam
çinar kimi solaram
bilsəm ki, xoşbəxtsən
bəxtəvər olaram
amma unutma ki, mən qayıdaram
ötən günlər limanına
ordan yuxuna qonaq gəlib
öpüb oyadaram…
[nəqərat]
mən küləyəm, mən küləyəm
məni sınama
mən özgəyəm, mən özgəyəm
məni saxlama
cənnətdən qovulmuş şeytanam
məni qınama
mən küləyəm, mən küləyəm
məni sınama…
[bənd 2]
necə qaranlıq, necə sükut var
bura kölgələr ölkəsi
bura öz dünyam, bura çox viran
bura çağırmam hər kəsi
bəlkə bir gün yenə mən qayıdaram
ötən günlər limanına
ordan yuxuna qonaq gəlib
öpüb oyadaram…
[nəqərat]
mən küləyəm, mən küləyəm məni sınama
mən özgəyəm, mən özgəyəm
məni saxlama
cənnətdən qovulmuş şeytanam
məni qınama
mən küləyəm , mən küləyəm
məni sınama…
[çıxış]
səsimin qəmli notlarısan
sən bunu anla
səmalara açılmış qanadımsan
yadında saxla
könülsüz, qəmli otağımsan
günəşim alma
mən küləyəm, mən küləyəm
məni qınama…
Random Lyrics
- toto h – само ако бях (if only) lyrics
- erick sadewa – waktu itu / still fight lyrics
- polaris – lovephobia lyrics
- captain jay raps – corona (remix) lyrics
- diamonds to dust – hi my name is april and you’re a fool lyrics
- chavela vargas – noche de ronda lyrics
- exile (jpn) – be with you lyrics
- sébastien lafleur – dahlia lyrics
- kesen – 魔鬼 (acca) lyrics
- akb48 – 背中言葉 – senaka kotoba lyrics