murad arif – yaşamalı lyrics
[bənd 1]
yaşamalı…
acısıyla, şiriniylə dadmalı
həyat hər gün yenidir, anlamalı
bəzən gülməli olur
bəzən isə ağlamalı…
[bənd 2]
yaşamalı…
yağış hərdən şəhəri islatmalı
hərdən yaxınlardan uzaqlaşmalı
soyuq bir dünyada şamtək yanmağı
bacarmalı…
[keçid]
bu gözlərdən təbəssüm yağacaq hələ
ilk baharda güllərin açacaq hələ
günəş bir gün səninçün doğacaq hələ…
[nəqərat]
dəniz coşub qayalara çırpınanda
göylər bezib ildırımlarla çaxanda
sonuncu gün ümid qalır bu dünyada
son ümid var bu dünyada
inan ki, sən nə ilk, nə son dərdli adam
həyat budur, yorulsan da, yola davam
o sinəndə ürək vurursa durmadan
bezmək olmaz yaşamaqdan
[çıxış]
yaşamalı…
yağış hərdən şəhəri islatmalı
hərdən yaxınlardan uzaqlaşmalı
soyuq bir dünyada şamtək yanmağı
bacarmalı…
yaşamalı…
Random Lyrics
- adelgazados – one lyrics
- dyak – berserk lyrics
- ai tsavouras (grc) – moda lyrics
- mvhvmud – cielo lyrics
- lhls – wherever u are lyrics
- lunetten shadow banking – zandbank (beachmasters) lyrics
- ruminus – waited for a long time lyrics
- tallia storm – addicted lyrics
- lil pump – amber heard lyrics
- undacava & sa4 – all in lyrics