azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

muxtar abseynov – sarı güllər lyrics

Loading...

[bənd 1]
dünyada əlvan rənglər, güllər ağlayar, sevinər
hər gülü öz rəngində yada salar sevənlər
rənglər dönər güllərə, güllər yağar əllərə
əllər qonar tellərə o günlərdə…
yadıma gəlir o gün
mən həsrətdən donanda
görüşə gəldin niyə, günəş rəngli donunda?
günəş rəngli gülləri, aldın mənnən əlləri
niyə kədər göründü gözlərində?

[nəqərat]
sarı güllər, ömrümə düşər kədər
sarı güllər, qəmlə gülümsər
sarı güllər, yoluma hicran səpər
sarı güllər, ayrılıq gətirər
sarı güllər, ayrılıq gətirər

[bənd 2]
yaraşdı sarı donun günəş rəngli güllərə
o rənglər düşdü niyə sənsiz ötən illərə
illər keçdi o gündən, görüb indi bilirəm
niyə kədər göründü gözlərində

[nəqərat]
sarı güllər, ömrümə düşər kədər
sarı güllər, qəmlə gülümsər
sarı güllər, yoluma hicran səpər
sarı güllər, ayrılıq gətirər
sarı güllər ayrılıq gətirər
sarı güllər ayrılıq gətirər



Random Lyrics

HOT LYRICS

Loading...