azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

nərgiz əliyeva – adsız uzaqlar lyrics

Loading...

[bənd 1]
uzaqlar imkan vermir hiss edirəm unudursan
küləklər toxunduğum saçların mehin gətirir
bilirəm çox gəzirsən, az yeyirsən, az yatırsan
biz soraqlaşmadıqca eşq unudur, eşq itirir

[nəqərat]
səndən yazım, bizdən yazım
vərəqlər adınla dolsun
vərəqlər adınla dolsun

sığalına ömür boyu həsrət
çəkən saçlarımda
daraqlar ilişib qalsın
gələn yolsun, gedən yolsun

[bənd 2]
adını bilmədiyim yerlərin sakini olub
daş+kəsəkli yollarda burxmusan ayaqlarını
əllərin, gözlərin, sözlərin təkliyə yoluxub
deyirlər yenə dözməyib kəsmisən o saçlarını

[nəqərat]
səndən yazım, bizdən yazım
vərəqlər adınla dolsun
vərəqlər adınla dolsun
sığalına ömür boyu həsrət
çəkən saçlarımda
daraqlar ilişib qalsın
gələn yolsun, gedən yolsun



Random Lyrics

HOT LYRICS

Loading...