azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

nəzakət teymurova – yarımı buldum lyrics

Loading...

[nəqərat]
əlminnətulillah ki, bu gün yarımı buldum
könlümdə yəqin dilbəri dildarımı buldum
əlminnətulillah ki, bu gün yarımı buldum
könlümdə yəqin dilbəri dildarımı buldum

[bənd 1]
torpaq ikən ol zöhrə mənə, müştəri oldu
dəllalə çağırgil de ki, bazarımı buldum
qəmdən yanıram, qəm nə qədər çox olur isə
şadlıq ilə mən, çün qəmi, qəmxarımı buldum

[nəqərat]
əlminnətulillah ki, bu gün yarımı buldum
könlümdə yəqin dilbəri dildarımı buldum
əlminnətulillah ki, bu gün yarımı buldum
könlümdə yəqin dilbəri dildarımı buldum

[bənd 2]
firdovsə məni dəvət edən zahidə söylə
ol tikənə göz dikmə ki, gülzarımı buldum
yusif yeridir kim, mənə qul yazıla, çünkim
misrində ləbi+ləli+şəkərbarımı buldum

[nəqərat]
əlminnətulillah ki, bu gün yarımı buldum
könlümdə yəqin dilbəri dildarımı buldum
əlminnətulillah ki, bu gün yarımı buldum
könlümdə yəqin dilbəri dildarımı buldum
[bənd 3]
mənsur kimi məndən əgər gəldi ənəlhəq
ey xacə, itab eyləmə uş darımı buldum
verdi saçının küfrinə imanı nəsimi
ey xirqə geyən, mən dəxi zünnarımı buldum

[nəqərat]
əlminnətulillah ki, bu gün yarımı buldum
könlümdə yəqin dilbəri dildarımı buldum
əlminnətulillah ki, bu gün yarımı buldum
könlümdə yəqin dilbəri dildarımı buldum
könlümdə yəqin dilbəri dildarımı buldum



Random Lyrics

HOT LYRICS

Loading...