nəzakət teymurova – yuxum lyrics
[bənd 1]
gecələr göydə səni çox gəzib axtardı yuxum
zülmətin bağrını ağ eşqi ilə yardı yuxum

gəlməyirsən yuxuma xeyli zamandır, bəlkə
hüsnünün hədsiz olan nuru üçün dardı yuxum

[nəqərat]
yardı yuxum, yardı yuxum
necə xoşbəxt zamanlardı, hələ vardı yuxum

[bənd 2]
gah buludlu göy olur, gah dəli tufanlı dəniz
gah da qəm ətri verən laləli gülzardı yuxum

ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib
səni bir anlığa bəlkə mənə qaytardı yuxum
ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib
səni bir anlığa bəlkə mənə qaytardı yuxum
[nəqərat]
yardı yuxum, yardı yuxum
necə xoşbəxt zamanlardı, hələ vardı yuxum
yardı yuxum, yardı yuxum
necə xoşbəxt zamanlardı, hələ vardı yuxum
[keçid]
gözümə xeyli zamandır ki, görünmür, utanır
tapa bilmir səni, qarşımda günahkardı yuxum
sən ki, getdin, o zamandan da yuxum qeyb olmuş
ayrılıq sanki günəşdi, əriyən qardı yuxum
sən ki, getdin, o zamandan da yuxum qeyb olmuş
ayrılıq sanki günəşdi, əriyən qardı yuxum
[nəqərat]
yardı yuxum, yardı yuxum
necə xoşbəxt zamanlardı, hələ vardı yuxum
yardı yuxum, yardı yuxum
necə xoşbəxt zamanlardı, hələ vardı yuxum
ayrılıq sanki günəşdi, əriyən qardı yuxum
necə xoşbəxt zamanlardı, hələ vardı yuxum
Random Lyrics
- liljj2027 – sprite lyrics
- dempsey hope – disoriented lyrics
- operuano – louis v lyrics
- pe$o pete – law ***super surgical*** lyrics
- iim – k.o. lyrics
- szopdemaskuje – gdynia śródmieście lyrics
- hate (ro) – nu-mi zice trapper lyrics
- relja torinno & popovska – kokakola lyrics
- moon walker – pins & needles lyrics
- widgunz – lahila lyrics