nadir qafarzadə – əzizlərim lyrics
[bənd 1]
gözlərim hey yol çəkir, bir albom var qarşımda
ürəyimdə intizar, xatirələr yaddaşımda
ağlamaq istəyirəm mən, quruyub göz yaşım da
çatarmı sizlərə səsim, ey mənim əzizlərim?
[nəqərat]
baxıram mən rəsmlərə, bir albom var qarşımda
nəyi, kimi mən itirdim belə cavan yaşımda?
nə qədər siz yaxın idiz, o qədər uzaqsınız
bu axşam siz xəyalıma, ruhuma qonaqsınız
ruhuma qonaqsınız
[bənd 2]
dünənki canlı insan bir gün dönür fotoya
bir solğun şəkil qalır əvəz anaya, ataya
bilirəm ki, varsınız, baxıram göyə, yerə
insan ölmür bu dünyada, dönür xoş xatirələrə
[nəqərat]
baxıram mən rəsmlərə, bir albom var qarşımda
nəyi, kimi mən itirdim belə cavan yaşımda?
nə qədər siz yaxın idiz, o qədər uzaqsınız
bu axşam siz xəyalıma, ruhuma qonaqsınız
ruhuma qonaqsınız
baxıram mən rəsmlərə, bir albom var qarşımda
nəyi, kimi mən itirdim belə cavan yaşımda?
nə qədər siz yaxın idiz, o qədər uzaqsınız
bu axşam siz xəyalıma, ruhuma qonaqsınız
ruhuma qonaqsınız
ruhuma qonaqsınız…
Random Lyrics
- tribo da periferia – algo íntimo lyrics
- lentra – so simple lyrics
- negative 25 – are we having fun yet? lyrics
- lunatic invasion – incubus lyrics
- mozzy – open arms lyrics
- warriors of zion – putin team lyrics
- thefeethands – spooky girl lyrics
- doppdopp – помада (pomade) lyrics
- dj swagcore – minecraft depression lyrics
- tankz – russian boy lyrics