azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

nadir qafarzadə – gəl barışaq lyrics

Loading...

[bənd 1]
gözlərində yenə giley oxundu
mən nə dedim ürəyinə toxundu?
bu adətdir, aralıqda söz olar
gəl barışaq, niyə küsdün, niyə, yar?
bu adətdir, aralıqda söz olar
gəl barışaq, niyə küsdün, niyə, yar?

ürəyimdə xatirələr oyandı
keçən günlər göz önündə dayandı
bir olardı sevincimiz, dərdimiz
bir bölərdik sevinci biz, dərdi biz
bir olardı sevincimiz, dərdimiz
bir bölərdik sevinci biz, dərdi biz

[bənd 2]
yanağını çiçəklərdə aradım
çəmənləri saçın deyib, daradım
ay üzünə dedim, budur sabahım
niyə küsdün, nədir mənim günahım?
ay üzünə dedim, budur sabahım
niyə küsdün, nədir mənim günahım?

[nəqərat]
ayna sular gözlərindir, dedim mən
xoş nəğmələr sözlərindir, dedim mən
ilk eşqimə bircə səni istədim
neyləyim ki, dönük çıxdı qismətim
ilk eşqimə bircə səni istədim
neyləyim ki, dönük çıxdı qismətim

ayna sular gözlərindir, dedim mən
xoş nəğmələr sözlərindir, dedim mən
ilk eşqimə bircə səni istədim
neyləyim ki, dönük çıxdı qismətim

ilk eşqimə bircə səni istədim
neyləyim ki, dönük çıxdı qismətim
neyləyim ki, dönük çıxdı qismətim
neyləyim ki, dönük çıxdı qismətim



Random Lyrics

HOT LYRICS

Loading...