nisə qasımova – qəşəngdir lyrics
[bənd 1]
ana vətən, nə gözəldir ellərin
göz oxşayır, könül açır çöllərin
ana vətən, nə gözəldir ellərin
göz oxşayır, könül açır çöllərin
əlvan geyib, açılıbdır güllərin
əlvan geyib, açılıbdır güllərin
çiçəklərin sinən üstə qəşəngdir
lalə dağda, reyhan düzdə qəşəngdir
çiçəklərin sinən üstə qəşəngdir
lalə dağda, reyhan düzdə qəşəngdir
[nəqərat]
qəşəngdir, qəşəngdir
qəşəngdir, qəşəngdir, qəşəngdir
lalə dağda, reyhan düzdə qəşəngdir
[bənd 2]
yaz dumanı dərələrdə sürünür
uca dağlar al şəfəqə bürünür
yaz dumanı dərələrdə sürünür
uca dağlar al şəfəqə bürünür
hara baxsan, şadlıq, sevinc görünür
hara baxsan, şadlıq, sevinc görünür
ellər gülür, gülüş gözdə qəşəngdir
fərəh qəlbdə, sevinc üzdə qəşəngdir
ellər gülür, gülüş gözdə qəşəngdir
fərəh qəlbdə, sevinc üzdə qəşəngdir
[nəqərat]
qəşəngdir, qəşəngdir
qəşəngdir, qəşəngdir, qəşəngdir
fərəh qəlbdə, sevinc üzdə qəşəngdir
[bənd 3]
coşqun çaylar nəğmə deyən dilindir
şəlalələr ağ duvaqlı gəlindir
coşqun çaylar nəğmə deyən dilindir
şəlalələr ağ duvaqlı gəlindir
ağ günlüyəm, azərbaycan elimdir
ağ günlüyəm, azərbaycan elimdir
gül, ey vətən, dövran bizdə qəşəngdir
sən qəşəngsən, ömrümüz də qəşəngdir
gül, ey vətən, dövran bizdə qəşəngdir
sən qəşəngsən, ömrümüz də qəşəngdir
[nəqərat]
qəşəngdir, qəşəngdir
qəşəngdir, qəşəngdir, qəşəngdir
sən qəşəngsən, ömrümüz də qəşəngdir
qəşəngdir, qəşəngdir
qəşəngdir, qəşəngdir, qəşəngdir
sən qəşəngsən, ömrümüz də qəşəngdir
gül, ey vətən, dövran bizdə qəşəngdir
sən qəşəngsən, ömrümüz də qəşəngdir
Random Lyrics
- georgia maestro – you are an innocent lyrics
- jreg – atomized lyrics
- chuva doce – devaneio lyrics
- ambjaay – boop bop bing lyrics
- bizofaus – hieroglyphs lyrics
- sus – no filter lyrics
- cashout benji – 19 lyrics
- packs – pearly whites lyrics
- lildrughill – кто ты такой (who are you) lyrics
- guess pop – ici le 9.3 lyrics