niyaməddin musayev – dünya sənin, dünya mənim lyrics
bir taleyin oyununda cütlənmiş zərik
yüz il qoşa atılsaq da qoşa düşmərik
bir zərrənin işığına milyonlar şərik
dünya sənin
dünya mənim
dünya heç kimin…
çevrəsindən çıxsa əgər sevda fırfıran
bir ümidin ətəyindən tutub da fırlan
eşidərsən: pıçıldayır yıxılan, duran
dünya sənin
dünya mənim
dünya heç kimin…
bu get+gəllər bazarına dəvədi dünya
bu ömür+gün naxışına həvədi dünya
əbədiyə qəh+qəh çəkər əbədi dünya
dünya sənin
dünya mənim
dünya heç kimin…
ayaq saxla, dövrənə bax ötəri belə
min illərdir araz belə, həkəri belə
axşamların, səhərlərin təkəri belə
dünya sənin
dünya mənim
dünya heç kimin…
gülünclərə gülünc gələn bu ada güldüm
yüyəninə hər əl yetən bu ata güldüm
mən özümlə oynadığım şahmata güldüm…
dünya sənin
dünya mənim
dünya heç kimin…
Random Lyrics
- baptiste sans – chanter lyrics
- junior gentle – talanga lyrics
- ftisland – 사랑하는 법을 몰라서 (because i don’t know how to love) (2023) lyrics
- calvin harris & sam smith – desire (wh0 remix) lyrics
- enzio – can’t leave lyrics
- nil moliner – estamos bien lyrics
- lean lera – il senso del’hoatzin lyrics
- batu (metal band) – revolution shit lyrics
- bootleg gizzard – magenta mountain (live at red rocks ’22) lyrics
- thehxliday – december lyrics