nj – yuxu lyrics
dərdim gəzir mənlə
gecə küçələri
yağışlar mı yuyur, səkidən izləri?!
görəndə gizlənir
neçə əziz tinlərimiz…
kölgəsində batıb
səssiz gülüşlərim
yerini tutubdur
dərin hüzünlərim
yuxunu səslədim
bu şəhərin gözlərinə…
oyanıram yenə boz şəhərə mən
gözlərimdə yuxu, qəlbimdə kədər
yaşamalı insan hər gün bir təhər
gəlir, amma bura hamı bir dəfə
oyanıram yenə boz şəhərə mən
gözlərimdə yuxu, qəlbimdə kədər
yaşamalı insan hər gün bir təhər
gəlir, amma bura hamı bir dəfə
əllərimdən alıb
gecə yuxuları
səssizcə qurubdur
zəngli saatları
zülmətə boyanıb
neçə belə günlərimiz…
çoxluğunda azıb
necə azalmışam
daşdan deyil ürəyim
mən də ağlamışam
soruşsan halımı
necə yalan sözlərimiz…
oyanıram yenə boz şəhərə mən
gözlərimdə yuxu, qəlbimdə kədər
yaşamalı insan hər gün bir təhər
gəlir, amma bura hamı bir dəfə
oyanıram yenə boz şəhərə mən
gözlərimdə yuxu, qəlbimdə kədər
yaşamalı insan hər gün bir təhər
gəlir, amma bura hamı bir dəfə
oyanıram yenə boz şəhərə mən
gözlərimdə yuxu, qəlbimdə kədər
yaşamalı insan hər gün bir təhər
gəlir, amma bura hamı bir dəfə
Random Lyrics
- austin john – love ain’t nothin’ lyrics
- young prophet – driftin’ away lyrics
- davionne – chanel lyrics
- jaurim – sandy beach lyrics
- hm333xo – moonwalker lyrics
- yaeow – lost in between ep lyrics
- lil loixx – dxm lyrics
- paul kelly – christmas lyrics
- goldenine – историк(historian) lyrics
- collin roach – i’m not me, i’m you, pretending to be me lyrics