azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

nura suri – dünyaya qəribəm lyrics

Loading...

illər çox yorur bədənimi
insan çökür tək
etdiklərimizin bədəlini
insaf çəkir tək

günlər dayanmadan borc alır
hər dəm ömürdən
yaşamaq özü də fərqsiz qalır
hərdən ölümdən

bu dünya bəzən qəribə
səni endirər ən dibə
hər dərdə dözən həyatlar
dözməz incə bir kəndirə

bu dünya hərdən qəribə
bu dünyaya mən qəribəm
sevgini qanad sandırar
amma endirər ən dibə

ən dəyərli dərsləri öyrədir
insanın səhvləri
günah kitablarıyla dolur
həyatın rəfləri

günlər dayanmadan borc alır
hər dəm ömürdən
yaşamaq özü də fərqsiz qalır
hərdən ölümdən
bu dünya bəzən qəribə
səni endirər ən dibə
hər dərdə dözən həyatlar
dözməz incə bir kəndirə

bu dünya hərdən qəribə
bu dünyaya mən qəribəm
sevgini qanad sandırar
amma endirər ən dibə



Random Lyrics

HOT LYRICS

Loading...