azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

okaber – m.i.t lyrics

Loading...

[bənd]
mən insanları tanıyıram qəribə tərzlərindən, görünüşlərindən
tanıyıram sağlam olanlarından, xəstə və ölmüşlərindən
mən insanları tanıyıram yalanlarından, yaxud düzlərindən
yaşıl, qara, qonur, ala, göy, mavi gözlərindən…

mən insanları tanıyıram müqavilələrdən, müharibələrdən
müdafiələrdən, mühakimələrdən, mühafizələrdən, mübarizələrdən
mən insanları tanıyıram, uzun əlin əl atmaq vərdişi olsun gərək
bilirsən, kişinin düşməni də elə özü kimi kişi olsun gərək!
mən insanları tanıyıram, bilinmir dünyanın sonudur, ya əvvəlidir
çörək və qırıntı qara bazar, qidamız “mendeleyev” cədvəlidir
mən insanları tanıyıram, haqsız olurlar hərdən, tanıyıram
ölən əsgərlərdən, yanan binalardan, partlayan mədənlərdən

mən insanları tanıyıram, çoxları kimi qazanmır okaber #‎taow‬
#taow #mgt , #legion13 #sektor11, #wolvesbaku
mən insanları tanıyıram, sevgi nədir, özün təxmin et hərdən
ayırır dəli kimi sevən zaurları xəyanətkar təhminələrdən

mən insanları tanıyıram, çəkilib yollarımıza qan çəpəri
13+cü imam deyiləm, lakin səsimi eşidən arxamca gəlir
mən insanları tanıyıram, çoxunuz yaşamadan həyatdan vaxt alırsınız
soyuq mərmərli parklarda isti münasibətlər axtarırsınız

mən insanları tanıyıram, görmüşəm hər bir tipin içini, çölünü
mən görmüşəm xarabadan qeydləri, qan çanağındakı qan gölünü
mən insanları tanıyıram + “düşmənin başını bir dəfəlik əz!” demişik!
biz demişik! “bir kərə yüksələn bayraq bir daha enməz!” demişik!

mən insanları tanıyıram, bu ölkənin ən kəsici ülgücüyəm
sənə nə var faşistəm, millətçi, bozqurd, turançı ya da ülkücüyəm!?
mən insanları tanıyıram, cismini öldürmüşəm, bu dəfə ruhun gəlsin!
bütün qitələri batırmağa gəlmişəm, çünki məndədir nuhun gəmisi!

[çıxış]
qələmim qana batıb mənim
qələmim qana batıb mənim
qələmim qana batıb mənim
qələmim qana batıb mənim
qələmim qana batıb mənim
qələmim qana batıb mənim
qələmim qana batıb mənim
qələmim qana batıb mənim



Random Lyrics

HOT LYRICS

Loading...