okaber - qara mamba lyrics
şeriyyatla bol qeyd xarabamda
sətirlərim zəhər karandaşım qara mamba
bir də qara banda haqqını tapdalasa
susmasan başın evə gedər salafanda!
burda belə yazılıb qanunları cəngəlliyin!
onlar adam ətindən kabab çəkir, xəngəl yeyir
eşidən qulağı kəsir, görən gözü çəngəlləyir
dostları dar ağacından asıb, sevgini əngəlləyir
hər kəsə «sən gəl» deyib
biz də səngərdəyik
ən dərin xəndəkdə biz
inanmadan inanclara
hədəfə çatmış kim?
#onüç 5.45, 7.62
qafiyəmin 15-i şərqə çatır, 5 qərbə!
eşitsin asala, p.k.k., peshmerga!
bizdə mgt var! yeni nəsil difai!
taow qurdun ordusunda hər kəs fədai
qaldırın temperaturu əlimdə əridim giliz
nmd, brony bro, karabin, mərdümgiriz
sözlərimi itiləmişəm, dibinə qədər yonub salmışam!
mən turana gedən yollarda donub qalmışam..
(skit)
sən elə bilirsən sən azadsan?! yox, yox bu heç belə deyil
çünki, sən hər iki seçimə tabesən. birindən əl çəksən belə, ikincidə onların seçimidir
onlar çox, çox əvvəl bizim yerimizə artıq seçim ediblər
sizin üçün artıq heç nəyin fərqi yoxdur…
(ii)
həmrəy olanlar gözümə dəyir həmrəng kimi
qollarım dəmir qapı dərbənd kimi!
okaber epidemiya, vərəm, ruhi xəstəlikdi
dağıdır organizmi xərçəng kimi
yalana gerçək kimi görsənən kod vurular
mən isə həqiqəti məşəl edib od vururam!
tərsinə akkord vururam həyatın zərbələrinə
ən dərin yaralarıma yod vururam
ulduzlardan çox tanınan karabin underground
mən adolf hitler, sevgilim eva broun
sindrom down, soprano, supereme ntm
miri yusifin «yarım dünya»sı rekviemdi
insanlıq sizdə qalsın, biz qurda döndük!
mən üzsüzlüyü, ikiüzlüyü burda gördüm
əslində deyiləsi dastan qədər sözüm var idi
hərənizə 1-2 sətir yazıb, xırda-xırda böldüm
buralar cəngəllikdi elə bil çunqa-çanqa
xatirələrlə dolu idi chilonzor, ganga
çəkirəm bütün rəsmləri həyasız və çılpaq
boyalarım zəhər karandaşım qara mamba..
(skit)
mən sənə heç bir dünyanı vəd etmirəm
çünki, bu həqiqətlərin içində çoxları dözə bilməyib
ya dəli adlandırılıb ya da, ya da ki, intihar
bağışla, amma əlimizdə olan budur…
Random Lyrics
- lartiste - matrixé lyrics
- eric bellinger - headline lyrics
- kid ink - imagine remix lyrics
- sausi a - epic homemade rap (basketball is my game) lyrics
- jeezus - commas remix lyrics
- fresha got the kush - 93 crown nefertari lyrics
- ziedu vija - 2d lyrics
- xarcotic - ha! lyrics
- rucka rucka ali - feel the bern (when you pee) lyrics
- baker ya maker - this evil grows lyrics