orkhan zeynalli – məni xatırla lyrics
[bənd 1]
yenə 10 yaşındayam, 5 iyun yığılmışıq parkda
baxıram kənardan öz ad gününü qeyd eləyən orxana asta
asta baxıram ki, tanımasın, birdən tanıyar qorxar
necə saf cizgilərin var imiş, niyə belə dəyişdin, orxan?
yenə 13 yaşındayam, iyunun sonu, mərkəzi univermaq
dostumuza hədiyyə seçirik, bu qədər dost, bu qədər doğma
bu qədər şən, zarafatcıl, dosta görə can yandıran oğlan
hara getdi bu qardaşlıqlar, niyə belə dəyişdin, orxan?
yenə 15 yaşındayam məktəbin damında səhərə yaxın
illər keçəcək, amma bir də olmayacan allaha bu qədər yaxın
20 yaşındayam, gözlərim yol çəkir, inanıram çox sevənim var
çoxunun ürəyinin içindəyəm, niyə belə dəyişdin, orxan?
bu gün 30 yaşındayam, heç dəyişməmişəm əslində
bu soyuq körpüdə həyat hönkürər, həyat bəhs edər ölümün əksinə
bir daha düşünüm, dərin nəfəs alım, bir daha bərk durum
əlimdə son damla cəsarət və ilk vəda məktubu
[nəqərat]
məni xatırla…
mahnılarım silinməsin qoy yaddaşından
məni xatırla…
istəməzdim bəlkə bu qədər erkən daş olmaq
bu qədər günahı kim dedi bir “bağışla” silər?
məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər
məni xatırla…
mahnılarım silinməsin qoy yaddaşından
məni xatırla…
istəməzdim bəlkə bu qədər erkən daş olmaq
bu qədər günahı kim dedi bir “bağışla” silər? (“bağışla” silər)
məzarıma qoyduğun dodaq boyasını bir payız günü yağışlar silər
məni xatırla…
Random Lyrics
- charlotte brandi – frau lyrics
- kalkovich & toby rose – flake lyrics
- stoneman (deu) – zombie zoo lyrics
- reezy madona – take it back lyrics
- ayaz babayev – imdat lyrics
- sven-ingvars – en man i blått lyrics
- chage and aska – 天気予報の恋人 (tenkiyoho no koibito) lyrics
- albert kabuu – много хуйни lyrics
- the greeting committee – anything but you lyrics
- kima otung – new new lyrics