azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

orkhan zeynalli – verdiyim sözlər lyrics

Loading...

[bənd 1]
mən söz vermişdim bir gün böyüyəcəm
hamı kimi olub, hamıdan da seçiləcəm
iki uşaq atası, sevimli ər olacam
evdə axşam, işdə hər səhər olacam

məktəbimi bitirəcəm hamısı “beş”lə
instituta gedəcəm altımda “x5″lə
tələbə həyatı, dost+tanış hər dəfə
həftədə bir dəfə gələcəm gec evə

beləcə həyatım keçəcək plana uyğun
dərdsiz, problemsiz, amma durğun
yaxşı iş, əsl kişilərə uyğun
anam deyirdi + vaxt gələr ki, eşidərəm uğurun

buna doğru gedirdi hər şey + dörd sinif əlaçı
yolu açıq bu uşağın həmişə
cəmiyyətə qoşulub gedim normal həyat yolunu
və məni incitməz heç vaxt həyat oyunu

[nəqərat]
verdiyim sözlərin arasından
tutmuşam tək azad olmağı
yalançı gözlərin arasından
həyat öyrətdi mənə uzaq olmağı
verdiyim sözlərin arasından
seçmişəm tək azad olmağı
yalançı gözlərin arasından
həyat öyrətdi mənə uzaq olmağı

[bənd 2]
illər keçdi, zərbələr gəldi dalbadal
yollarımı dəyişdim hədəfimə çatmadan
bir insan kimi, yaşamaq istədim
amma həyat itələdi həqiqətə varmadan

yüksək balla qəbul oldum, amma nə fayda?
müəllimlər rüşvət istəyirsə əgər hər ayda
kimsə gəlir dərsə şoferiylə, mən metroyla
ədalət oyuncaq imiş, əlinə götür oyna

dərsdən çıxıb işə gedirdim, işdən isə studiya
tanışım yoxsa, deməli yaxşı peşə bir illuziya
sevgili tapmaqla problem tapmaq eynidir
“sms”lər bahalı hədiyyənin yerini vermirdi

xoşbəxtlik sevmirdi varlı olmayanları
həyat sevirdi ancaq bu həyatdan doymayanları
cəmiyyət tapdaladı normal həyat yolunu
və məni sildi hesabdan bu həyat oyunu
[nəqərat]
verdiyim sözlərin arasından
tutmuşam tək azad olmağı
yalançı gözlərin arasından
həyat öyrətdi mənə uzaq olmağı

verdiyim sözlərin arasından
seçmişəm tək azad olmağı
yalançı gözlərin arasından
həyat öyrətdi mənə uzaq olmağı

[bənd 3]
yaxşı ki, normal həyatdan uzaqda doğulmuşam
qaydalarımı başqası yox, mən qoymuşam
cəmiyyətdən bir addım qıraq, ya arxa, ya qabaq
keçdi vaxt, indi bax, “orxan” yox “aid” olmuşam

yaxşı ki, doğulmamışam milyoner ailəsində
alın təriylə nəyisə qazanmaq nədir bilməzdim
yaxşı ki, böyüməmişəm ciddilərin çevrəsində
gecə maraqçün qəbiristanlığa gedə bilməzdim

universitеtə əgər getsəydim şoferimlə
metronun qabağında o qızı o gün görməyəcəkdim
ərköyün böyüyüb, yıxılmaq nədir bilməsəydim
qalmağın çətin, amma zövqlü olduğunu bilməyəcəkdim
qalstuk taxıb əgər ciddi işdə işləsəydim
“kapüşon” taxıb konsеrt vermək nədir bilməyəcəkdim
cəmiyyətə qoşulub getsəydim normal həyat yolunu
mənim xeyrimə bitməzdi onda həyat oyunu

[nəqərat]
verdiyim sözlərin arasından
tutmuşam tək azad olmağı
yalançı gözlərin arasından
həyat öyrətdi mənə uzaq olmağı

verdiyim sözlərin arasından
seçmişəm tək azad olmağı
yalançı gözlərin arasından
həyat öyrətdi mənə uzaq olmağı



Random Lyrics

HOT LYRICS

Loading...