azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ədalət şükürov – qartal lyrics

Loading...

[bənd 1]
sabah yenə də bir qanlı döyüşdür
bəlkə ölümdür, bəlkə dönüşdür?
bəlkə də cismim torpaqla görüşdü?
ümidim sənə, qartal

[bənd 2]
sən uca göydəsən, mənsə yerdə
imkan yoxdur baş çəkim kəndə
boylan hərdənbir yolun düşəndə
yanırmı baca, qartal?
boylan hərdənbir yolun düşəndə
yanırmı baca, qartal?

[bənd 3]
mən ölümlə üzbəüz dayandım
top səsiylə yatdım, oyandım
bu zabit sözü və əsgər andı
ucaldan uca qartal

bu zabit sözü və əsgər andı
ucaldan uca qartal

[bənd 4]
güllədən yayınmaq yuxu kimi
döyüşdə ölüm qohum kimi
sən qanad çal göydə ruhum kimi
qanadlan, qoca qartal
sən qanad çal göydə ruhum kimi
qanadlan, qoca qartal

[sonluq]
qoca qartal, nə gəzirsən
dağlar qoynunda, qoynunda?
dağlar qoynunda, qoynunda?



Random Lyrics

HOT LYRICS

Loading...