azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete – mikrofon biznesi lyrics

Loading...

[bənd 1] [promete]
bu artıq biznesdir, bir az dəyişiklik
mikrofonda mən “boom+boom”, sən “mouse”la cl!ck+cl!ck
ya da “roll+scroll”, çıxım “timeline”dan
adım artıq 7 ildir düşmür headline+dan

nə qədər sevməyən var, o qədər də dartan
ayaqdan, başdan süzmür indi dostlar
belə dosta ad da gərək deyil, ad yosma
qulağına belə alma, kefini də pozma
sən oyna, bədənini tər parıldadacaq
sıxılıb qalacaqsan küncdə de haçanacan?
ən asan halda sən gizlənəcəksən otağında
iphone+da mən play+də qulağında

boom, boom, boom + döyülür qapılar
boom, boom, boom + yox kimsə qonşuda
qulaq asır nəyəsə, tanış “beat”dir deyəsən
tam səs ilə, özü də bu gəlir xoşuna

[nəqərat] [sailor]
qaldır, sağa, sola əllərini
səs ver, nə qədər gəlir səsimiz
qışqır, qat kütləyə səsini
bəsdir!
yox, bu deyil bəsimiz!

qaldır, sağa, sola əllərini
səs ver, nə qədər gəlir səsimiz
qışqır, qat kütləyə səsini
bəsdir!
yox, bu deyil bəsimiz!

[bənd 2] [promete]
eyni rəngli günlərdən gəlmisənsə təngə
başın problemlər içində vurursa ləngər
sağa+sola, sən girmə rola, ol özün kimi
gəl, gir “dance pool”a!
biz bu biznesin altını da, üstünü də bir söz
mikrofon indi ağasındadır, sən dur, döz
yox, sən rəqs et və unut özünü
budur bütün problemlərinin çözümü

onsuz qısa həyatı eləmə daha da dar
yoxsa bütün ucuzluqlar da bahalaşar
yorma başı yaşa, vurma başı daşa
sən özün üçün yaşa, nə qədər fırlanır bu şar

düzdür, deyil bura hollywood, ya da l.a
düzdür, mən də səhnədə nə diddy, nə lil wayne
başı gicəlləndirmir bakıda heç vaxt fame
səhnə sevir deyəni + “no pain, no gain”!

[nəqərat] [sailor]
qaldır, sağa, sola əllərini
səs ver, nə qədər gəlir səsimiz
qışqır, qat kütləyə səsini
bəsdir!
yox, bu deyil bəsimiz!

qaldır, sağa, sola əllərini
səs ver, nə qədər gəlir səsimiz
qışqır, qat kütləyə səsini
bəsdir!
yox, bu deyil bəsimiz!
səsə səs ver, ol bizdən biri
ol tək, olma yüzdən biri
axtarma dərin ümman sən
tapmayacaqsan sözdən dərin

qaldır, sağa, sola əllərini
səs ver, nə qədər gəlir səsimiz
qışqır, qat kütləyə səsini
bəsdir!
yox, bu deyil bəsimiz!

qaldır, sağa, sola əllərini
səs ver, nə qədər gəlir səsimiz
qışqır, qat kütləyə səsini
bəsdir!
yox, bu deyil bəsimiz!



Random Lyrics

HOT LYRICS

Loading...