azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete – qəribə vaxtlar lyrics

Loading...

[bənd 1] [promete]
fikirlər – onlar heç vaxt gəlmir qəfildən
onlar şüuraltına çökmüş şək!llər…
bəzən illər lazım olur bir ideyanı tamamlamaqçün
amma hər gün oturub bir şey qaralamaqçün

ətrafda səbəblər çox, həyat tələblər çox
yaşlanırıq – sevinc əvəzi gərilir əsəblər çox
kim deyir ki, yaşlı olur müdriklər? yox!
tanıdığım cavanlar da var

uşaqlığımın qəhrəmanı + anar
fikirləriylə formalaşırdı cavanlar, vaxt var idi
qəribə vaxtlar idi, axşamlar həyətə düşərdi hamı
xəbərləri bölüşməkçün

indiysə facebook+da toplanırlar görüşməkçün
az qalıb surroqata dönüşməkçün
insanlar çox dəyişib. bu pisdir, yoxsa yaxşı?

hərənin öz baxışı
fərqli baxışların səbəbkarı + həyat naxışı
kimdəsə cütdür maşın, kiminsə yox balışı
kimsə sevir yağışı…

[bənd 2] [anar nağılbaz]
kiminsə birdir həyata gəlişiylə, alışı
kimdəsə çoxdur yaxşı, kimdəsə yoxdur yaxşı
kimə qurmaq, kimisinə də soxasoxdur yaxşı
hərənin öz baxışı, hərənin öz naxışı
bir də vaxt var idi, yaxşı vaxtlar idi
yolumuz işıqlı, ətrafımız dostlar idi
enerji çox, sual çox, işimiz aşkar idi
elə fikirləri formalaşdıran insanlar idi

bizə dövrümüz deyildi qeyri+adi
adi gəlirdi bizə əhvalatı, hərəyə bir qaraltı
hərənin öz saatı, çatırdı imkanatı
kiçik bir dövlətin insanlarının böyük həyatı

böyükdür sualları, böyükdür duaları
kiçikdir böyük dövlətlərlə dostluq xəyalları
ölüb gedir ərlər, yüz il eyni xəbərlər, fərqli ifa eyni əsərlər…

əslində kiminsə yüz il əvvəl yazdığı sətri
deyirik bu gün fərqli
budur bizim dövr!
bilinmir hələ tarixdə necə edəcək izim dövr?

hmm, dostum mete, ötür siqareti
bəlkə sadəcə bir flashcard+ıq biz, xəbər ötürücü…
bəlkə xatirələrimizin gücüdür, sözlərin gücü…
həyata maraq edən biri var idi + mənəm o
ətrafı xanımlar, dostlar idi + mənəm o

bu gün bəzi ölüb, bəzi başqa+başqa diyarda
bəzi başqa+başqa fikir, başqa+başqa xəyalda
dəyişir həyat, qəbulun dəyişir
qovluqlar yeni, fikirlər şablon dəyişir
gözəllər gözəlləşdikcə abrın dəyişir
üsullar köhnə üsuldur, sabun dəyişir
nə yaxşı var ritm, bu gün səninlə dedim
təbiətdən törəndik, yenə ruh təbiətin
cəmiyyətə qaynayıb qarışmalı, alışmalı
keçmişi unutmayıb, bu gününlə barışmalı

ya da fikirlərini paylaşıb, bir toplaşmalı
yeni bir məna üçün qırışmalı, savaşmalı…
gözlərimiz yol çəkir, axır axın+axın fikir
başqadır fəlsəfəsi – insanlar birdir…

[bənd 3] [promete]
insanlar birdir və insanlar bilmir
insanlar bildiyi həqiqətləri dinmir
bəlkə bildiklərmizi biz paylayaq, hamı bilsin!?

bəlkə də bu ən böyük tilsimdir ki
kimsə edib bizi dilimizə təslim, bu bir tərslik
və bu barədə yoxdur heç bir ədəbiyyat, heç bir dərslik
həyatımızı bürümüş sərt bir nəhslik
niyə üzümüzə qırışlarla birgə qonur səssizlik!?

kimsəsizlik, tənhalıq
darıxmaq hissinin özü üçün darıxmaq
suallar burulğanında vurnuxmaq

hər şeyin yaxşı olacağı barədə inam hissi uzaqlarda
artıq əvvəlki tək sevinc vermir uşaqlar da
daha yumşaq, daha həzin musiqilər qulaqlarda
daha axmır göz yaşı da yanaqlardan
içəriyə yol tapıblar, ümidlərə yem olublar
ümidlərsə hələ də sağdır, yaşsa sayır əksimizə
güzgülərdə yadlaşırıq əksimizə
artıq varan da yox fərqimizə
nəzərlərdə yox oluruq
özümüzə dost oluruq…

mümkünsüz hadisələr baş verirlər
itirilməz insanlar baş daşına çevrilirlər
ömür nədir?
fikirlərin qoynunda səfərlər?
fikirlər – onlar heç vaxt gəlmir qəfildən…



Random Lyrics

HOT LYRICS

Loading...