azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete – sonbahar lyrics

Loading...

[nəqərat] [promete]
yağırsa qar narın
əsirsə külək hələ bu
demək deyil ki, baharım
yaşayır sonunu

yağırsa qar narın
əsirsə külək hələ bu
demək deyil ki, baharım
yaşayır sonunu

[bənd 1] [promete]
bakı, 2011, noyabr
bu qış hər ilkindən daha tez qar yağır
pəncərələrdən kim baxırsa
üzündən gülüş axır
“biz hələ deyilik qışa hazır”

deyən yaşlılar da bu qarda qəribə bir ümid tapır
mənim ilhamım isə yaşayır hələ bahar
qış döysə də qapı
əsl vaxtıdır yatmağın, yataqda qucaqlayıb kitabı
mənim mürgülü bakım

necə fərqlidir sənin hər bir sabahın
bir səhər qar dolu hər tərəf
bir səhər isə gün səmada
mən piyada bu küçələrini çox gəzdim
hər küçədə var izim (var izim)
[nəqərat] [promete]
yağırsa qar narın
əsirsə külək hələ bu
demək deyil ki, baharım
yaşayır sonunu

yağırsa qar narın
əsirsə külək hələ bu
demək deyil ki, baharım
yaşayır sonunu

[bənd 2] [l+mir]
bəlkə də bakıda qış soyuq keçir hər il
amma nəfəsdən gələn buxar buna deyil dəlil
əgər həll edirsə çox şeyi uzun qollar
şəhərə qar yağmasa da olar

içimdəki hava stereotiplərdən kənar
sinoptiklər bu dəfə də deyəsən yanıldı
məndə hələ də düzgün getməyən nələrsə var
səndə bəs ürəkdən sevmək neçə dəfədən alındı?

gözləmə otağı, taksi, gözəllik salonu
bu soyuqda tək qalanda yada sal onu
üzündə təbəssüm, fikrin adsız barmaqdadır
səhvin onun kimi birisini axtarmaqdadır
deyirlər, bir dəfə səhv edən, ikincidə yanılmaz
həyatsa hər şeyin əksini göstərən yaramaz
bəlkə də bakıda qış soyuq keçir hər il
ancaq diqqətdən kənar qalır ən vacib amil

[nəqərat] [promete]
yağırsa qar narın
əsirsə külək hələ bu
demək deyil ki, baharım
yaşayır sonunu

yağırsa qar narın
əsirsə külək hələ bu
demək deyil ki, baharım
yaşayır sonunu

[bənd 3] [promete, l+mir]
əhvalın sürüşkən olanda hardan
biləsən nə gözləyəsən bu havadan?
sənə isti görünə bilər qar da
evdəki soyuqluq götürülsə aradan

səbəbi özün tap ki, günəş çıxsın
isidən kəlmələr dilinə yatsın
hər şey yaxşıdır, artıq hirslənmirəm
sən get, yat, mən hələ ki, istəmirəm…
[nəqərat] [promete]
yağırsa qar narın
əsirsə külək hələ bu
demək deyil ki, baharım
yaşayır sonunu

yağırsa qar narın
əsirsə külək hələ bu
demək deyil ki, baharım
yaşayır sonunu



Random Lyrics

HOT LYRICS

Loading...