azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete – tamaşa lyrics

Loading...

[nəqərat] [anar nağılbaz]
kim olursan ol, varındır bir yol
bu dünya tamaşa, oynayırsan rol
gün qurtardı, atıb cildini sən olursan
öz qavradığın varlığına cəm olursan
ya öz rolunu yoluna uyğun tuş edirsən
ya da xəyallarında məstləşib dəm olursan

kim olursan ol, varındır bir yol
bu dünya tamaşa, oynayırsan rol
gün qurtardı, atıb cildini sən olursan
öz qavradığın varlığına cəm olursan
ya öz rolunu yoluna uyğun tuş edirsən
ya da xəyallarında məstləşib dəm olursan

[bənd 1] [anar nağılbaz]
çox bərk getmə barı, bax aşağı, yuxarı
belə bu dünya malı elə dünyada qalır
kimlərsə qohumlarına yığdıqları cah+cəlalı
gah yel dağıdır, gah da sel aparır

həyatındır varın, həm vaxtın azalır
tox arzuların, tez verər barı
yaşa necə istəyirsən, yaşa yenə azad ol
bir+iki sönmüş işığı yandır ki, qəlbində şad ol
mehriban hissini itirib pessimist olma
öz varlığına qəsd edib ekstremist olma
kimsə, nəsə düz deyil, gücün yoxdur, durma!
cilovla səbrini, yan keç, boşuna vurma

[nəqərat] [anar nağılbaz]
kim olursan ol, varındır bir yol
bu dünya tamaşa, oynayırsan rol
gün qurtardı, atıb cildini sən olursan
öz qavradığın varlığına cəm olursan
ya öz rolunu yoluna uyğun tuş edirsən
ya da xəyallarında məstləşib dəm olursan

kim olursan ol, varındır bir yol
bu dünya tamaşa, oynayırsan rol
gün qurtardı, atıb cildini sən olursan
öz qavradığın varlığına cəm olursan
ya öz rolunu yoluna uyğun tuş edirsən
ya da xəyallarında məstləşib dəm olursan

[bənd 2] [promete]
çox yavaş da getmə, dostum, sürətini düzgün tut
bu həyat bildiyindən də pozğun
ya uğuru unut, ya da qucağına uzan
ya sürət qazan, ya da ol iynə ilə gor qazan
heç nə asan deyil, heç nə asan
amma qaçma sən, yoxdur kəsən, asan
sən nə qəddafi, nə də səddamsan
elə yaşa, deməsinlər əzazil ya qəddarsan

bil, unudulur cəlladlar, geriyə qalır çox az adlar
xatırlanarlar adi insanlar
hansılar ki, düşünməyib dövlət var
bil, qarşıda ölmək var… yaşa yarat!
sən gedəcəksən, işlər qalacaqlar

[nəqərat] [anar nağılbaz]
kim olursan ol, varındır bir yol
bu dünya tamaşa, oynayırsan rol
gün qurtardı, atıb cildini sən olursan
öz qavradığın varlığına cəm olursan
ya öz rolunu yoluna uyğun tuş edirsən
ya da xəyallarında məstləşib dəm olursan

[bənd 3] [anar nağılbaz]
de, görək hər bir işi ata+atdır, kimdir bu adam?
bəs hara getdisə bata+batdır, kimdir bu adam?
bütün günü yatdı, itdi+batdı, kimdir bu adam?
yaxud bütün arzularına çatdı, kimdir bu adam?

biri də var ki, işi, peşəsi elə şikayətdir
vallah, adam da var şorqoğalı ona kifayətdir
eləsi də var, atdığı hər bir addım cinayətdir
danışdırırsan, deyir, ətdir+mətdir, nə söhbətdir?
[bənd 4] [promete]
eləsi də var, dindirirsən, sənlə kəlmə kəsmir
uzun+uzun danışırsan, bir demir də + bəsdir
qabağında min oyundan çıxırsan ki, səninlə danışsın
sonda kimsə deyir ki, dildən, qulaqdan şikəstdir

həyat əbəs o kəsə ki, fikri lal, qəlbi kor
bizə nə var? ver bir kağız, qələm, çörək və şor
bizim işimiz söz, bizim işimiz fikir çıxartmaq
odur ki, yemək tapmasaq da, olmuruq dilxor



Random Lyrics

HOT LYRICS

Loading...