rəşad ilyasov – insaf da yaxşı şeydi lyrics
[bənd 1]
bu qəlbimin sevinci
sənin yadigarındır
yuxumu qaçıran da
sənin intizarındır
bu qəlbimin sevinci
sənin yadigarındır
yuxumu qaçıran da
sənin intizarındır
[nəqərat]
sən dərdimdən xəbərsiz
sən nəşəli, kədərsiz
sən dərdimdən xəbərsiz
sən nəşəli, kədərsiz
görən deyir:
“bu göyçək
hansı bəxtəvərindir?!”
görən deyir:
“bu göyçək
hansı bəxtəvərindir?!”
[keçid]
könlüm nəğməli neydir
dilim dolu gileydir
könlüm nəğməli neydir
dilim dolu gileydir
öldürdü nazın məni
insaf da yaxşı şeydir
öldürdün, ay qız, məni
insaf da yaxşı şeydir
[bənd 2]
fərhad olsaydım əgər
qayaları yarardım
məcnun olsaydım əgər
min fəryad qoparardım
fərhad olsaydım əgər
qayaları yarardım
məcnun olsaydım əgər
min fəryad qoparardım
[nəqərat]
dedim: “sevirəm səni!”
dedin: “eh, gözüm aydın”
dedim: “sevirəm səni!”
dedin: “eh, gözüm aydın”
burda nitqim kəsildi
burda sözüm qurtardı
burda nitqim kəsildi
burda sözüm qurtardı
[keçid]
könlüm nəğməli neydir
dilim dolu gileydir
könlüm nəğməli neydir
dilim dolu gileydir
öldürdü nazın məni
insaf da yaxşı şeydir
öldürdün, ay qız, məni
insaf da yaxşı şeydir
[bənd 3]
gözlərinin rəngini
dağlarda axtarmışam
saçlarının ətrini
bağlarda axtarmışam
gözlərinin rəngini
dağlarda axtarmışam
saçlarının ətrini
bağlarda axtarmışam
[nəqərat]
qərarımı kəsən yar!
belə, söz deməmiş küsən yar!
[keçid]
könlüm nəğməli neydir
dilim dolu gileydir
könlüm nəğməli neydir
dilim dolu gileydir
öldürdü nazın məni
insaf da yaxşı şeydir
öldürdün, ay qız, məni
insaf da yaxşı şeydir
öldürdü nazın məni
insaf da yaxşı şeydir
öldürdü nazın məni
insaf da yaxşı şeydir
Random Lyrics
- crystal souza – watch me lyrics
- w9ndlove – смысл (meaning) lyrics
- drakeo the ruler – she’s a roller lyrics
- groyer – disposição lyrics
- everything in waves – numbers lyrics
- pitikin – ещё (more) lyrics
- fes☆tive – 恋紅葉 (koi momiji) lyrics
- nick parcs – take me back lyrics
- oneeleven music – cover me (live) lyrics
- wakadinali – g pin lyrics