rahidə baxışova – anam azərbaycan lyrics
[bənd 1]
mən sənə həmişə ‘’ana’’ demişəm
ülfətin şirindir, nəfəsin ilıq
inan ki, bürüyər ürəyimi qəm
əgər aramıza düşsə ayrılıq
[nəqərat]
anam mehribanım, azərbaycanım
düşmərəm bir an da səndən ayrı mən
sonsuz məhəbbətim, sözüm, dastanım
yaranıb əbədi məhəbbətindən
[bənd 2]
xəzərin, göygölün, arazın, kürün
eşqini qoparmaq olmaz sinəmdən
neçə min həyatın, neçə min ömrün
sevinci, fərəhi, bəzəyisən sən
[nəqərat]
anam mehribanım, azərbaycanım
düşmərəm bir an da səndən ayrı mən
sonsuz məhəbbətim, sözüm, dastanım
yaranıb əbədi məhəbbətindən
[bənd 3]
sazın da, neyin də, incə tarın da
qocan da, gəncin də mənə əzizdir
zərif bayatında, mahnılarında
yaşayan eşqimiz, ürəyimizdir
[nəqərat]
anam mehribanım, azərbaycanım
düşmərəm bir an da səndən ayrı mən
sonsuz məhəbbətim, sözüm, dastanım
yaranıb əbədi məhəbbətindən
anam mehribanım, azərbaycanım
düşmərəm bir an da səndən ayrı mən
sonsuz məhəbbətim, sözüm, dastanım
yaranıb əbədi məhəbbətindən
yaranıb əbədi məhəbbətindən
yaranıb əbədi məhəbbətindən
Random Lyrics
- dion (rap) – dance away lyrics
- southsidesilhouette – nvrchange lyrics
- roshi & amine farsi – nocif lyrics
- m dot r – turn red (remix) – carl deman lyrics
- vuevil – промолчать (keep silent) lyrics
- amor amor – woulda coulda shoulda lyrics
- cici ware – journal lyrics
- lvbel c5 – dervan(batuflexdiss) lyrics
- казускома (kazuskoma) – кайф (kaif 2021) lyrics
- not from there – slow song lyrics