azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

retro (orxan səhratzadə) – sənlə mən lyrics

Loading...

retro:

chorus :
bakının kobud səkiləri
mərməri bol küçələri
mirvarim hər keçəndə
seyr eləyər neçələri
xətlərində qəm-kədərlə
dodaqlarda bol hədərlə
dustaq etdi qəfildən
bol kağız və bir qələmlə

(2x)

verse i :
sənlə mən, mənlə sən
arzuları da bölək tən
oğurlayaq biz də qoy
gəl bir gün fələkdən
sənlə mən, mənlə sən
yorğun saç, düşən dən
xahiş edirəm, getmə, yox
səbəbsizcə heç nədən
xəyalların ağuşunda
təmiz qəlbi həmdəmim
geriyə qalan zamanımızda
itən zaman son qəmim
zaman, dur, bağışla
ayaq saxla, getmə, gəl
oktyabr, bol yağışda
rəqs edək, gəl ey gözəl

chorus :
bakının kobud səkiləri
mərməri bol küçələri
mirvarim hər keçəndə
seyr eləyər neçələri
xətlərində qəm-kədərlə
dodaqlarda bol hədərlə
dustaq etdi qəfildən
bol kağız və bir qələmlə

verse ii :
sayrışan ulduz kimi
əlvidanı paylayaq
dənizlərdə balıqtək
ayrılıqla ayrılaq
çılpaq ruhunla de
düşmən ya da yarmısan?
xoşbəxtliyə bildim amma
bədbəxtliyə varmısan?
ey
yoxsa sən tanrısanmı?
yoxsa mən sufiyəmmi?
yoxsa biz zidd insan?
bəlkə də bir zindan
bəlkə də bir məhbus
bəlkə də yox əlaqə?
bilmirəm ki

chorus :
bakının kobud səkiləri
mərməri bol küçələri
mirvarim hər keçəndə
seyr eləyər neçələri
xətlərində qəm-kədərlə
dodaqlarda bol hədərlə
dustaq etdi qəfildən
bol kağız və bir qələmlə



Random Lyrics

HOT LYRICS

Loading...