azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

rg aka iyirminci kalibr – dvbdvbv lyrics

Loading...

[nəqarat]
bu şəhər! hey! yep yeni həvəslər
vaxt tap və çıx bu qəfəsdən
kar qulaqlar batır səsdən
və bunlar sənə yeni dərs!

[1. verse]
və bir də
bi raz fasilə – yenə mən!
kəlamım, hər kəliməm
hər dəfə mikrofonu götürəndə yerindən
elə bil əli zülfüqarı alır əlinə
məncə dost dediyin hər kəsə ərk etmə!
indi dartışmaq dostluğu bərkitmir
həyat sanki, qaçmaq dikdabanla, anla
yıxılacaqsan kim olursan ol, belə fərq etmir
ala bilər hər şeyi pul, ən bahası
ölüb gedəcək həm qul, həm ağası
evdə oturub ac, dul anası
qaqaş isə mal basır
buna axı nə lazım?
dərin nədə?
hələ matəm, ölü bədən
köhnə fikirləri də
qələm vərəqə tökür ərinmədən
hər dəfə yıxılırıq, dururuq
bura dərə-təpə
hər gədə çətin, sənə görə barmaq tərpədə

[nəqarat]
bu şəhər! hey! yep yeni həvəslər
vaxt tap və çıx bu qəfəsdən
kar qulaqlar batır səsdən
və bunlar sənə yeni dərs!

bu şəhər! hey! batdıqca dərddə
yüz fərqli kəs bir sifətdə
nə qədər desək də biz fərqdən
boşlar bağırır daha bərkdən

[2. verse]
bakı baba-dədədən dəbdəbədə
oluruq pərt nə səbəbə?
dərd nə dəbə?
belə gedəcək ta ki, iylənəcək balıq düz təpədən
bəlkə düz demirəm?
ədəbə sığmır!
dərd birmi, qırxmı?
istəyirsiz əvvəl-axır
çıxsın burda qırğın!
kişini kişi edən əməl yoxsa bığmı?
ölüb unudulduğum gün cümə, yeddi, qırxmı?
nə isə!
neynəyək? bir xeylaq deyinək
bu dövranı devirək
çarxı-fələyi çevirək
azadlığa inanmağın – gözünə taxılan eynək
ən son inandığım nağıl – məni gətirib leylək
ver rəy!
bizdə bilək:
kiminin dərdi taxta çörək
kiminə bidənə araba gərək
məncə ağıl, sonra bilək
xoş günündə hamı mələk
pis günündə arxa dirək
tapılmır elarizin saçları kimi, seyrək!

[nəqarat]
bu şəhər! hey! yep yeni həvəslər
vaxt tap və çıx bu qəfəsdən
kar qulaqlar batır səsdən
və bunlar sənə yeni dərs!

bu şəhər! hey! batdıqca dərddə
yüz fərqli kəs bir sifətdə
nə qədər desək də biz fərqdən
boşlar bağırır daha bərkdən



Random Lyrics

HOT LYRICS

Loading...