azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

sədəf budaqova – zəngəzur lyrics

Loading...

[bənd 1]
əzəldən daşında min tarix yaşar
ərzin möcüzəsi zəngəzur dağı
min dastan yazsaq da, tükənən deyil
min dastan yazsaq da, tükənən deyil
həyat fəlsəfəsi zəngəzur dağı
həyat fəlsəfəsi zəngəzur dağı

[bənd 2]
uca dağları var, başında qarı
ey, nə vaxt getsən, olar boranı, barı
burada babəkimin at cığırları
burada babəkimin at cığırları
ilk ana kəlməsi zəngəzur dağı
ilk ana kəlməsi zəngəzur dağı

[bənd 3]
mərdlər diyarıdır, yaranıb haqdan
ey, odlar ölkəsidir, baxsan uzaqdan
layla səsi gəlir axan bulaqdan
layla səsi gəlir axan bulaqdan
elin şikəstəsi zəngəzur dağı
elin şikəstəsi zəngəzur dağı

[bənd 4]
sisyanı, meğrisi, gorus, qafanı
əylən qubadlıda, gəz zəngilanı
sisyanı, meğrisi, gorus, qafanı
əylən qubadlıda, gəz zəngilanı
ey, laçında qıy vuran o səslər hanı?
laçında qıy vuran o səslər hanı?
koroğlu nərəsi, ilk ana kəlməsi
ey, elin zümzüməsi zəngəzur dağı
ilk ana kəlməsi zəngəzur dağı
həyat fəlsəfəsi zəngəzur dağı
ilk beşik nəğməsi zəngəzur dağı



Random Lyrics

HOT LYRICS

Loading...