seymur xudiyev – olarmı lyrics
sözlər :
onlara bizdən danış
denən ki,məni çox sevmişdi
onlara bizdfən danış
denən ki bir də çətin olan işdi
qəlbini sevgiyə bağlamaq
öz ürəyini dağlamaq
adı gəlincə ağlamaq
necə olur ondan sən danış
əşyaları əzizləmək
telefonunu təmizləmək
göz yaşını gizləmək
necə olur ondan danış
dövr edir məhəbbətin damarlarda qarış qarış
bakının boz küləyi və bir də həzin yağış
yenidən küs və barış,gözümdə dərin baxış
ayrılıq qəlbimə qannan toxunub qarış qarış
onlara bizdən danış,hər şeyin əvvəlindən
sevginin ilk hərfi,ya da ilk qafiyəsi
sən danış yavaş yavaş,sonunda heçnə demə
qoy heç kim eşitməsin məhəbbətin faciəsini
səninlə gəzdiyimiz parklarda küçələrdə
indi kimlər dolaşıb,indi kimlər gəzəcək
inan ki məhəbbətin düyünlənir boğazımda
ya bir gün mən bezəcəm,ya ayrılıq bezəcək
ürəyim sənə məxsus,ruhum sənə məhbus
xəyalım yenə zülmət,yuxular yenə kabus
əgər ki,hər bir şey başdan ayağa yadındadırsa
onlara bizdən danış ya da heç danışma sus!
Random Lyrics
- king daviid – stellar+ lyrics
- vasilis karras – παράγκες και παλάτια (paragkes kai palatia) lyrics
- metamorphosis (peru) – zónica lyrics
- bangwhite – michelin lyrics
- ego mackey – dilaudid wrist / back on my evil lyrics
- ynl sam – i’ll keep running lyrics
- 鷺巣詩郎 (shiro sagisu) – “x-plicit” lyrics
- presby rhymez – depression lyrics
- benjamin dakota rogers – high on something lyrics
- no i$ue – issuation lyrics