azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

şövkət ələkbərova – nəsən sən lyrics

Loading...

[bənd 1]
röya kimi sənsiz keçən ömrün
hər şöhrəti sənsən, şanı sənsən
hüsn aşiqi çılğın, dəli könlün
həm dərdi və həm dərmanı sənsən

[nəqərat]
ömrün bəzəyi, zinəti sənsən
mənamı, ya hikmətmi?
nəsən sən?

ömrün bəzəyi, zinəti sənsən
mənamı, ya hikmətmi?
nəsən sən?

[bənd 2]
sən həm şəkərim, həm zəhərimsən
sən həm xeyrim, həm zərərimsən
sən həm gülüşüm, həm, həm ahımsan
sən həm dünənim, həm sabahımsan

[nəqərat]
çoxdur pərilər, bir dənəsən sən
ömrümmü, həyatımmı?
nəsən sən?
çoxdur pərilər, bir dənəsən sən
ömrümmü, həyatımmı?
nəsən sən?
[bənd 3]
uçmaq dilərəm, göylərə uçmaq
xəncər kimi öndə çıxıb ancaq
hər cəhdimi hər yerdə kəsən sən
bir dostmu, ya düşmənmi, nəsən sən?

[nəqərat]
hökmünlə sən aldın məni məndən
sultanmı, ya xaqanmı?
nəsən sən?

bir meh kimi ruhumda əsən sən
ruhummu, xəyalımmı?
nəsən sən?

[keçid]
a+a+a+a+a+a+ah
a+a+a+a+a+a+ah

[nəqərat]
bir meh kimi ruhumda əsən sən
ruhummu, xəyalımmı?
nəsən sən?

nəsən sən?
nəsən sən?



Random Lyrics

HOT LYRICS

Loading...