talıb tale – narın narın lyrics
Loading...
nə gözəl gün bu gün, təbiət könlüm açır
sevgi dolu qəlbim, yenə səni danışır
cingildəsin qulaqların, cingildəsin qulaqların
sevgim coşub daşır, sellər sular kimi
budaqları sarıyan sarmaşıqlar kimi
məni sara qolların, məni sara qolların
yadıma düşmüsən yenə narın-narın
səni xatırladır qoxusu bu baharın
çırpınır sinəmdə bu eşqin həyəcanı
yenə də səninəm, yenə sənin yarın
çin olar arzular nə keçir qəlbindən
qovuşunca biz yenə gülüm sevincimdən
islanar yanaqlarım, islanar yanaqlarım
dağlar qərib qalar, olsa duman çənsiz
biləsən, sevgilim, səndən ayrı sənsiz
nələr çəkir bu yarın, nələr çəkir bu yarın
yadıma düşmüsən yenə narın-narın
səni xatırladır qoxusu bu baharın
çırpınır sinəmdə bu eşqin həyəcanı
yenə də səninəm, yenə sənin yarın
Random Lyrics
- donny montell – norim dar lyrics
- riga tiger – post-utekvällblues lyrics
- blake shelton – hell right lyrics
- mark allan falk – one phone call lyrics
- yang 21 – shukura lyrics
- chikili tubbie – más que soñar lyrics
- shadow of intent – chthonic odyssey lyrics
- recca – pezzidimmerda lyrics
- deem spencer – been lyrics
- robert sin & the huckleberries – will-o’-the-wisp lyrics