azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

tibu km – sərvət lyrics

Loading...

[bənd 1]
öpürəm üzündən
belə bu qədər üzülmə
göz yaşları zümrüd
yenə mənim gözlərim zülmət

yer tapmıram düşüm gözündən
səni bezdirib bu qədər üzrlər
o çıxmaz bircə sözümdən
amma mən min dəfə çıxdım özümdən

səni tanıyan gündən
gündən+günə güc tapdım özümdə
ilk dəfə sənə məhz aldığım güldə
içində şeiriyyat bir+iki cümlə

mən torpaq, bitki, sən gübrə
daha sübhdə getmərəm ölümə
dəymək xətrinə günah, türmə
kövrək qıza çox yaraşır gülmək

[nəqərat]
səni elədim həbs öz dünyama, gətirdim əl+ələ
orda kədərli səs oxuyurdu kədərli nəğmələr
döyünür nəbz ürəkdə məhz elə bil zəlzələ
bu ikimizə dərs, ikimizə bəhs, ikimizə yeni mərhələ
səni elədim həbs öz dünyama, gətirdim əl+ələ
orda kədərli səs oxuyurdu kədərli nəğmələr
döyünür nəbz ürəkdə məhz elə bil zəlzələ
bu ikimizə dərs, ikimizə bəhs, ikimizə yeni mərhələ

[bənd 2]
bu məhəbbət görməsin şöhrət
və biz olmayaq şirin və fərhad
bizi ayırmaz qəflət şövkət
çünki eşidər göydəki fəryad

ver bir az da möhlət
qatım hisslərə bir az da ovqat
mən bəxş etdim sənə hörmət
sən bəxş etdin mənə övlad

sənsiz bu kainat qürbət
mən cəbhə, sən qorunan dövlət
başının üstü yaradan əlbət
ayağnın altında sənin cənnət

siz mənim üçün sərvət
həsrət zərrə də olmasın qismət
nə qədər ki, mən getmədim rəhmət
tək qoyub getmərəm qəflət, xəlvət
[nəqərat]
səni elədim həbs öz dünyama, gətirdim əl+ələ
orda kədərli səs oxuyurdu kədərli nəğmələr
döyünür nəbz ürəkdə məhz elə bil zəlzələ
bu ikimizə dərs, ikimizə bəhs, ikimizə yeni mərhələ

səni elədim həbs öz dünyama, gətirdim əl+ələ
orda kədərli səs oxuyurdu kədərli nəğmələr
döyünür nəbz ürəkdə məhz elə bil zəlzələ
bu ikimizə dərs, ikimizə bəhs, ikimizə yeni mərhələ



Random Lyrics

HOT LYRICS

Loading...