tomris – necəsən bu gün lyrics
[bənd 1]
günlər oldu, heç evimdən çıxmadım
zənglər çaldı, heç birini açmadım
o sevdiyim film vardı, baxmadım
qəmliyəm, necə qəmliyəm bu gün!
daha sənin şəklinə də baxmadım
sildim atdım, yalnız birin saxladım
gözlərimi ovucumla bağladım
ağladım, necə ağladım!
[nəqərat]
soruşdunmu, necəsən bu gün? necə keçir gün?
heç oldumu ürəyin dola, amma dil susa?
unutdunmu?, elə bir anda gələm ağlına
heç olmurmu yada düşənlər qala yanında?
soruşdunmu, necəsən bu gün? necə keçir gün?
heç oldumu ürəyin dola, amma dil susa?
unutdunmu?, elə bir anda gələm ağlına
heç olmurmu yada düşənlər qala yanında?
[bənd 2]
günəş doğdu, pərdələri bağladım
güllər soldu, heç birini atmadım
ən üstdəki tozlu rəfdə saxladım
ağladım, yenə ağladım bu gün
səssiz getdin, görüşünə çatmadım
qəhər boğdu, həmin gecə yatmadım
çox axtardım, heç özümü tapmadım
yoruldum, daha yoruldum!
[nəqərat]
soruşdunmu, necəsən bu gün? necə keçir gün?
heç oldumu ürəyin dola, amma dil susa?
unutdunmu?, elə bir anda gələm ağlına
heç olmurmu yada düşənlər qala yanında?
soruşdunmu, necəsən bu gün? necə keçir gün?
heç oldumu ürəyin dola, amma dil susa?
unutdunmu?, elə bir anda gələm ağlına
heç olmurmu mənə bənzəyən çıxa qarşına?
Random Lyrics
- magnate – cómo hacer lyrics
- daydream twins – between the spacetrains and me lyrics
- doc ovg – trap lyrics
- runblebee – sonic speed riders – electro express mix lyrics
- barbra streisand – my man – live at the forum lyrics
- džez a hrúza – blender lyrics
- allstar jr – nightmare lyrics
- moe bandy – the biggest airport in the world lyrics
- prettyboi floydd – the fraying lyrics
- valfi – million lyrics