tünzalə – oxu (vokaliz) lyrics
oxu, sevdiciyim, öz həvəsinlə
ilham qanadlanır sənin səsinlə
nəğməndə oyansın sellərin səsi
dan yerindən əsən yellərin səsi
gülləri qoxlayan bir rüzgar kimi
qumları oxşayan dalğalar kimi
titrəyən, çağlayan nəğmən olaydım
ürəyindən qopan səs mən olaydım
oxu, qüvvət gəlsin şeirə, sənətə
könlümün quşunu gətir heyrətə
nə qədər bənzəyir, vardım fərqinə
ömrümün ahəngi sənin şərqinə
ürək kövrəkləşir sən oxuyanda
sən də dinləsəydin mən oxuyanda
oxu, sevdiciyim, öz həvəsinlə
ilham qanadlanır sənin səsinlə
oxu, qüvvət gəlsin şeirə, sənətə
könlümün quşunu gətir heyrətə
nə qədər bənzəyir, vardım fərqinə
ömrümün ahəngi sənin şərqinə
ürək kövrəkləşir sən oxuyanda
sən də dinləsəydin mən oxuyanda
oxu, sevdiciyim, öz həvəsinlə
ilham qanadlanır sənin səsinlə
Random Lyrics
- candlebox – nothing left to lose lyrics
- richman_iamthegoat – wish you well lyrics
- derrick branch – 10. trenchcoat lyrics
- elcamino – darkest day lyrics
- serhat durmus – hislerim (feat. zerrin) lyrics
- vansan costa – a paz lyrics
- zé neto e cristiano – marcha de núpcias lyrics
- kanaya – home is lyrics
- bensis – хочу еще (want more) lyrics
- sandra de sá – kruell lyrics