azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

uran – get lyrics

Loading...

[giriş]
hm yeah
get

[bənd 1]
çalışıram tutum axarı
aşağıdan birbaşa üzüyuxarı
harada diribaş olan baş çıxarır
işləyib nəyi var, axıdıb tər, buxarı

deyirlər “get!…”
”cahanda bir yer az ola bilər sənə.”
”get!…”
”bu tərəflərdə sevmirlər beləsini.”
elə bil otaq hara qaranlıq
qəfil işıq yanıb sönür belə bir anlıq
bu məqadma beyin olur ala+toranlıq
nə ibrahimlik, nə də ki, uranlıq…

deyirlər “get!…”
”uzağın adı ilə, sən uzağın ardı ilə”
”get!…”
mən bitdim artıq…

[nəqərat]
yazılar yazıların ardından
mən azıram
oynamalısan həyatın nazı ilə
ən azından get…
getsən iz saxla, iz üstündə göz saxla!
get!…
körpüyə od vurma, yanında köz saxla!

[bənd 2]
uğurun alqışı çoxdur həmişə
həyatın sərt qışı + bəzən bəxt quşu
bəzən səhv qoşur və dönür qəmişə
nə istəmişəm və nəyə gəlmişəm

üzünü çöndər, sükanı döndər
qazı sıx öndə, kəməri boş!
hamını göndər. guya ki, öndər
nə halda, gündə. təhəri xoş
hekayə təkrarı gələr
neçə küçə, neçə seçim, necə döngələr?
nəçi olsam nə olardı? acı səhnələr
acı məhv edər şirini səhifədə mənim səhvimdən

mən isə oturub bəhanələr uydururdum
pis vururdum + guya ki, dərdimdən
hər şeyi verib boşa
mən getdim artıq…

[nəqərat]
yazılar yazıların ardından
mən azıram
oynamalısan həyatın nazı ilə
ən azından get…
”burada nə tapdın, nə varsa orda var!”
get!..
”yaşamaq uzaqda, vətən isə gorda var!”

[bənd 3]
bir gün eşitməyib dilimi
bir gün görməyib tanıdığım birini
bir gün çəkərək aclıq qayğıdan
bir gün öyrəndim susmağı ağrıdan

bir gün anladım susmaqdır ağrıdan
bir gün o oldu dünyamı dağıdan
bir gün xəyanət soyuğu əsəndə
bir gün duydum mən sevgimi, doğrudan
bil ki, daha çoxuna qadirsən
bəzən bəxt, bəzən əzm, bəzən hadisə
bu deyir ”əsas dolu olsun pul kisən”!
o deyir ”əsas bu həyatda ol kimsə”!

uşaqlıqdan eşitdiyim tövsiyə
necə insanlar qul olurlar nəfsinə
bildikləri böyüyəndə dönür tərsinə…
zibil…mən bezdim artıq!

[nəqərat]
yazılar yazıların ardından
mən azıram
oynamalısan həyatın nazı ilə
ən azından get…
uçurum kənarında dayanmağa yox lüzum!
yox lüzum
get!…
bacarığın qədər, bacardığın üsul!
hə!

yazılar yazıların ardından
mən azıram
oynamalısan həyatın nazı ilə
ən azından get…
hər şey tapılır bircə zamandan başqa!
get!…
hər şeyi sıfırla və əvvəlcədən başla!



Random Lyrics

HOT LYRICS

Loading...