azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

uran – kor zabit 2 lyrics

Loading...

[bənd 1]
balaca oğlan deyil o, artıq böyüyüb olub kişi
çiynində aypara+ulduz, davam edir atadan qalmış işi
kor zabitin nəsihətlərini uşaqlıqdan qulağa edib sırğa
elə buna görə o bu gün irəlliləyir qarabağa

onu üzübdür illər, qisas içində közərən güllə + atmağa hazır
hərbi mətktəbdə öyrəndikləri nəhayət olubdur lazım
dünənki kursantlar bugünki döyüşü edir idarə!
tanrının əsgəri + səngərdir məskəni, onlardır xalqına çarə!…

müşahidə məntəqəsində rabitə, xəritə, koordinantlar
atəşə hazır top heyətləri, baş zabitlər, leytenantlar
divizion gözləyir əmri. zabit izləyir hər dəfə hədəf rayonun
piyada girməzdən öncə “təmizlik”, topçular yaxşı bilirlər bunu

son günlər yaman tez+tez o, atasını görür yuxuda
kişi ondan bir şey xahiş edib, indi qorxur unudar…
rütbə alan gün ata oğlunu qucaqlayıb demişdi “əhsən”
“azad edəcəyin doğma torpağa bu sözlərimi deyərsən”… (deyərsən!)

[nəqərat]
gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən!
illərdir gözləyirdim, darıxmışdım, ay vətən!
almışam atamın qisasını mən!
ölsün kim bizi ayırmışdı, ay vətən!

[bənd 2]
iki min iyirmi, sentyabr bitir ağır döyüşlərlə
əks hücum əmri qızışdırır soyumuş dəmiri həmlə, girişlərlə
bir şey ki, düzəlməyib görüşlərdə, demişlər “düzəldər döyüşdə ər”
neçə yerə bölmüşlər bizi, tarixdə neçə dəfə görmüşük bəs?!

bəsdir! indi ordu cəbhədə, mərmi növbənən torpaq silkələr
kor zabitin oğlu mövqedə, hərbi rütbədə + lazım ölkəyə
hər dəfə verdiyi hədəf parça+parça olub sıradan çıxır
işğalçı aradan çıxır, çünki qan çıxır + demişdik axı…

gəlir xəbərlər + düşür raketlər dinc şəhərlərə. yox şərəfləri
çünki qələbə haqq tərəfdədir. onlar şərəfin “dal tərəfi”dir
zabitsə qeyd edir bu zaman yeni hədəfləri xəritəsinə
indi hücum başlayır. indi dönəcəkdir düşmən`çin dünya tərsinə!
vur gəbərsinlər!

[nəqərat]
gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən!
illərdir gözləyirdim, darıxmışdım, ay vətən!
tutmuşam doğma, qabar əllərini
qoy ölsün kim bizi ayırmışdı, ay vətən!

[bənd 3]
blindaj. barıt ətri. zəif işıq. açılıb yığılan çarpayı
zabit bloknota yazır “sabah üçün yeni hədəfimiz cəbrayıl”
ürək çırpınır, bu ad aparır doğma yurduna, uşaqlıq illərinə
fələk çarxını düz fırladıb + qovulan uşaqlar qayıdır evlərinə!
səhər tezdən göy guruldayır, başlayır hücum! başqa bir hücum!
artilleriya qoyur hücumun ucun. partlayış gücü!
qaldırır havaya istehkam uçur!…
uzaqdan görür illərdir həsrət qaldığı kəndin damlarını
və izləyir elini işğal edən, indisə qaçan, ölən adamları…

həmin gün zəng edir atasına. bu xəbər məlhəm yarasına
veteran zabit oğul parasının səsini dinləyir böyük təlaşla
“yoldaş polkovnik, deyim bu başdan, elimiz azaddır! evdə salam
mənə davam. torpaqlar qalıb, demək haqq davam hələ bitməyib tamam!

[nəqərat]
gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən!
illərdir gözləyirdim, darıxmışdım, ay vətən!
almışam atamın qisasını mən!
ölsün kim bizi ayırmışdı, ay vətən!

gəlmişəm, yanındayam, çağırmışdın, ay vətən!
illərdir gözləyirdim, darıxmışdım, ay vətən!
tutmuşam doğma, qabar əllərini
qoy ölsün kim bizi ayırmışdı, ay vətən!



Random Lyrics

HOT LYRICS

Loading...