azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

uran – söylə lyrics

Loading...

[giriş]
əvvəl yaz, sonra poz
əvvəl ağ, sonra boz
əvvəl qum, sonra toz
bax belə dəyişir istək

əvvəl al, sonra qur
əvvəl öp, sonra vur
əvvəl sus, sonra dur
tərk et buraları tək…

[bənd 1]
elə bil
sən gün görməyən soyuq dağ kimi
mən içdə hönkürürdüm uşaq kimi
üzdə çarəsiz hal, gözlər quru
ağlımda hələ dediyin sözlər durur

ki, bu illər oldu mövcud məcburi
nə yazıq sorağı qulağı gec burur
nəyisə dəyişmir ayrılıq xoşluqla
axı nəticə təklik və boşluqdur

əvvəl depressiya əlacı soyuq ‘’rom’’
dərdi soyudub, sonra da soyundum
fikir dolu başım çalışır yatmağa
səhər hələ də dünənki axmağam
sanki çat veribdir divar hördüyüm
bezdirib hər dəfə irəli sürdüyün
o təklif hansı “düyünü kəs” deyir
elə bil danışmayıb atırsan dəstəyi

[nəqərat]
əsən ruzigarın qanadına ruh kimi qonaq
bir dünya quraq, la+la+la+la…
sonra hər şeyə od vurub birdən yandıraq
indi ayrılaq, la+la+la+la …

həyatımın qəmli nəğməsi
denən, dünən neyləsin, denən, ürək neyləsin?
söylə…
bu, həyatımın qəmli nəğməsi
denən, ürək neyləsin, denən, uran neyləsin?
söylə…

[keçid]
söylə ki, verilən qurbanlar hamı puçdur (hamı puçdur)
söylə ki, səbəbkar elə həmin suçlu (həmin suçlu)
söylə ki, sevgi vardı, gəldi və uçdu (gəldi və uçdu, gəldi və uçdu)
elə+belə, ya belə+elə + qərar var

[bənd 2]
fikir tar+mar
xəyallar evimə dolubdur zəhrimar
dibinə doğru aparır bu nərdivan
sussam da, oxunur ki, dərdim var
sanki ailə albomunun ‘’outro’’su
xatırladır həyatımın “metro”sun
and olsun ki, düşünürəm arada
bəlkə taleyimi yazıram hər mövzuda

obrazlarımdan sevgisini tapan varmı?
bu paranoyya məni uzağa apararmı?
şüur bloklanıb, beyinə qapaq dardır
imkan olsaydı, bu başı qoparardım

indi haradan başlayım, sıfırlanım?
təklik qayıdır yenə fırlanıb
tapır məni, qapımdadır gerçək
tənhalıq küləyi, məndən əl çək

[nəqərat]
əsən ruzigarın qanadına ruh kimi qonaq
bir dünya quraq, la+la+la+la…
sonra hər şeyə od vurub birdən yandıraq
indi ayrılaq, la+la+la+la …

həyatımın qəmli nəğməsi
denən, dünən neyləsin, denən, ürək neyləsin?
söylə…
bu, həyatımın qəmli nəğməsi
denən, ürək neyləsin, denən, uran neyləsin?
söylə…
[keçid]
söylə ki, verilən qurbanlar hamı puçdur (hamı puçdur)
söylə ki, səbəbkar elə həmin suçlu (həmin suçlu)
söylə ki, sеvgi vardı, gəldi və uçdu (gəldi və uçdu, gəldi və uçdu)
elə+belə, ya belə+elə + qərar var

[çıxış]
qərar var…
dağılışaq…
mən tək…
sənlə uşaq…



Random Lyrics

HOT LYRICS

Loading...