vasif məhərrəmli – sənə bağlandım yenə lyrics
[bənd 1]
düşündüm ki, unutmuşdum
sən qəfil çıxdın qarşıma
mən bu hissi soyutmuşdum
sən od vurdun sönən şama
ayrılıq dedi son sözün
qovuşmağa can atmadım
qovuşdurdu yollar bizi
mən ömrünə qayıtmadım
[keçid]
sevən sevənçün ağlayar
ürəklərə hüzn çökər
yağış yağar yanaqlara
külək əsər, sığal çəkər
bu, şeytanın hiyləsimi?
bu, bir alın yazısımı?
bu, allah hədiyyəsi
bu, allahın cəzasımı?
[nəqərat]
ötən günlərə baxdım
nağıl imiş o vaxtım
uşaq kimi darıxdım
sənə bağlandım yenə, o+o+of
bu intizar sürərkən
zaman doldu çox erkən
unutmaq istəyirkən
sənə bağlandım yenə, o+o+of
[bənd 2]
tək dolaşdım küçələrdə
gözüm yolda az qalmadı
daha sənə bu yerlərdə
oxşamayan qız qalmadı
elə bildim, bundan belə
üzünü görmərəm daha
gəl bərk+bərk tutaq əl+ələ
səni itirmərəm daha
[keçid]
sevən sevənçün ağlayar
ürəklərə hüzn çəkər
yağış yağar yanaqlara
külək əsər, sığal çəkər
bu, şeytanın hiyləsimi?
bu, bir alın yazısımı?
bu, allahın hədiyyəsi
bu, allahın cəzasımı?
[nəqərat]
ötən günlərə baxdım
nağıl imiş o vaxtım
uşaq kimi darıxdım
sənə bağlandım yenə, o+o+of
bu intizar sürərkən
zaman doldu çox erkən
unutmaq istəyirkən
sənə bağlandım yenə, o+o+of
bu intizar sürərkən
zaman doldu çox erkən
unutmaq istəyirkən
sənə bağlandım yenə, o+o+of
Random Lyrics
- summer cem – mind on my $$ (champions leak version) lyrics
- cris kei – it’s not that bad lyrics
- claudio villa – penso, forse sogno lyrics
- philthy rich – get ya money lyrics
- maxthademon – homicide lyrics
- oysterband – jump through the fire lyrics
- camelphat & rhodes – home (vintage culture remix) lyrics
- ким рыжков (kim ryzhov) – туман (fog) lyrics
- v2 almz – 10g lyrics
- baby g2c – intro 5por5 lyrics