azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

vasif məhərrəmli – sənsizlik lyrics

Loading...

[bənd 1]
ümidim, diləyim bircə budur
təkcə budur, yenə sən mənim olasan
açıram, deyirəm, əllərimi
tez dönəsən mənə sən, mənim olasan

ah nə gecəm vardır, nə səhərim
mən düşəli bu acı sevdaya
sevirəm, sevirəm təkcə səni
bir də gələr olsam dünyaya

[keçid]
daha yoxdur aman, nə də keçmir zaman
ölümdən də yaman sənsizlik
yox səbrim, yox daha, inan o allaha
mənə gəldi baha sənsizlik

[nəqərat]
bezmişəm daha yalnızlıqdan
gəl, gülüm, gülüm, gəl
sonra qorxuram ki, gec olsun
indi, sevgilim, gəl

bezmişəm daha yalnızlıqdan
gəl, gülüm, gülüm, gəl
sonra qorxuram ki, gec olsun
indi, sevgilim, gəl
[bənd 2]
məni tənhalıq çox üşüdür
donmuş əlim qalmış ətəyimdə
yenə qış gecəsi, zülmət otaq
bir özüməm, bir sən ürəyimdə

yanıram, yanıram, sızlayıram
körpə uşaq kimi mən ağlayıram
baxıram, deyirəm: “bəlkə gələ’’
pəncərəmi açıb+bağlayıram

[keçid]
daha yoxdur aman, nə də keçmir zaman
ölümdən də yaman sənsizlik
yox səbrim, yox daha, inan o allaha
mənə gəldi baha sənsizlik

[nəqərat]
bezmişəm daha yalnızlıqdan
gəl, gülüm, gülüm, gəl
sonra qorxuram ki, gec olsun
indi, sevgilim, gəl

bezmişəm daha yalnızlıqdan
gəl, gülüm, gülüm, gəl
sonra qorxuram ki, gec olsun
indi, sevgilim, gəl
[çıxış]
bezmişəm daha yalnızlıqdan
gəl, gülüm, gülüm, gəl
sonra qorxuram, çox gec olar
indi gəl, sevgilim, indi gəl
indi gəl, indi gəl



Random Lyrics

HOT LYRICS

Loading...