vasif məhərrəmli – sevgi qanunu lyrics
[bənd 1]
sənin üçün qəlbini yara edən mən
öz cavan bəxtini qara edən mən
nazından şam kimi sönən də mənəm
yanan da, yaman da, yalan da mənəm
[keçid]
mən sənsiz sevgisiz, çarəsiz
tənhayam
mən sənsiz kölgəsiz, bir susuz
səhrayam
[nəqərat]
təkcə mən deyiləm həsrətində qalan
dünya, doğrudan da, yalanmış, yalan
nə sən son leylisən, nə mən son məcnun
bu dünya yerində belədir qanun
[bənd 2]
kərəmtək yansam da, qədir bilməzsən
sən, sevgi, məhəbbət nədir, bilməzsən
bilməzsən, bilməyən çoxdur dünyada
dərdindən öləni salmazsan yada
[keçid]
mən sənsiz, sevgisiz, çarəsiz
tənhayam
mən sənsiz kölgəsiz, bir susuz
səhrayam
[nəqərat]
təkcə mən deyiləm həsrətində qalan
dünya, doğrudan da, yalanmış, yalan
nə sən son leylisən, nə mən son məcnun
bu dünya yerində belədir qanun
təkcə mən deyiləm həsrətində qalan
dünya, doğrudan da, yalanmış, yalan
nə sən son leylisən, nə mən son məcnun
bu dünya yerində belədir qanun
Random Lyrics
- avg wayne – average life lyrics
- rosendo – tierra de nadie (versión 2004) lyrics
- deadly carnage – guilt of discipline lyrics
- tre $avage (t.r.e.) – michigan lyrics
- honey kilo – two five lyrics
- saba – airplane mode lyrics
- gyu hyuk (규혁) – right now lyrics
- nordo – merteh lyrics
- dj ghoulyard – fuck you ! (intro) lyrics
- deadsay – valentino lyrics