azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

vüqar əbdülov – kişilər lyrics

Loading...

[bənd 1]
ey, bakının tazənöv cavanları
bağın, şəhərin əvvəlki dövranları
biz yığışan köhnə tin, dalanları
tikdiyimiz mərtəbə, eyvanları
niyə dağıdıb, qıra+qıra qalmısız siz?
niyə dağıdıb, qıra+qıra qalmısız siz?

[nəqərat]
tikib, qurmaq gəlmir əlinizdən
ancaq plan qura+qura qalmısız siz
ancaq plan qura+qura qalmısız siz

[bənd 2]
ey, bizim bakının köhnə kişiləri
zəmanənin bu cürdür vərdişləri
siz bilməzsiniz müasir işləri
yaşlıların elə bu vərdişləri
köhnədən dəm vura+vura qalmısız siz
köhnədən dəm vura+vura qalmısız siz

[nəqərat]
cavanların işini bəyənmirsiz
belə görünür, axıra qalmısız siz
belə görünür, axıra qalmısız siz
[bənd 3]
yaşlı nəsil başa sala bilmir sizi
siz seçə bilmirsiz əyridən düzü
heç adamın deməyi də gəlmir, düzü
gündə salıb yanınıza bir cüt qızı
tin, dalanda dura+dura qalmısız siz
tin, dalanda dura+dura qalmısız siz

[nəqərat]
geyiminiz də gödəkləşibdir sanki
əyninizi cıra+cıra qalmısız siz
əyninizi cıra+cıra qalmısız siz

[bənd 4]
nə olsun ki, indi yaşa dolmusuz?
bir vaxt olub siz də cavan olmusuz
biz çalan zurnanı, siz də çalmısız
diş tökülüb, çarəsizmi qalmısız?
hey baxaraq ora+bura qalmısız siz
hey baxaraq ora+bura qalmısız siz
[nəqərat]
indi baxan yoxdu, yəqin, üzünüzə
boynunuzu bura+bura qalmısız siz
boynunuzu bura+bura qalmısız siz

[bənd 5]
hər sözə o saat tapırsız cavab
siz düşünən kimi deyil haqq+hesab
bilmirsiz nədir günah, nədir savab
oxumamısız ömrünüzdə bir kitab
dəyməmisiz, hələ qora qalmısız siz
dəyməmisiz, hələ qora qalmısız siz
[nəqərat]
oxumamışdan alim olub, çıxmısız
n+z+r olub hazıra qalmısız siz
n+z+r olub hazıra qalmısız siz

[bənd 6]
indi kosmosun raket dövrüdür
kompüter, internet dövrüdür
siz deyənsə, köhnə sovet dövrüdür
lap mezeolit, lap neolit dövrüdür
o dövrandan ara+sıra qalmısız siz
o dövrandan ara+sıra qalmısız siz

[nəqərat]
sizin yaşda meşədə ağac qalmayıb
üç+dörd nəfər gücə+zora qalmısız siz
üç+dörd nəfər gücə+zora qalmısız siz

[bənd 7]
bəyənmirsiz nə üzlə keçmiş çağı?
ərzağınızdan pis idi ərzağı
var canımızda nikolayın yağı
siz tapa bilmirsiz adi cızdağı
yemək yoxdu, şitə+şora qalmısız siz
yemək yoxdu, şitə+şora qalmısız siz
[nəqərat]
ac toyuqtək yuxuda darı görürsüz
barmağınızı sovura+sovura qalmısız siz
barmağınızı sovura+sovura qalmısız siz

[bənd 8]
bizə bu olan əksi qədər də xoşdur
mədəmizi salqsaq da dərdə, xoşdur
qamburger də xoşdu, dönər də xoşdu
havada olan tüstü, zəhər də xoşdu
bu tüstünü yara+yara qalmısız siz
bu tüstünü yara+yara qalmısız siz

[nəqərat]
biz bu yeməyə, bu havaya öyrəşmişik
nə özünüzü yora+yora qalmısız siz?
nə özünüzü yora+yora qalmısız siz?

biz bu yeməyə, bu havaya öyrəşmişik
nə özünüzü yora+yora qalmısız siz?
nə özünüzü yora+yora qalmısız siz?

biz bu yeməyə, bu havaya öyrəşmişik
nə özünüzü yora+yora qalmısız siz?
nə özünüzü yora+yora qalmısız siz?



Random Lyrics

HOT LYRICS

Loading...