azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

vüqar əbdülov – sənə qurban olum lyrics

Loading...

istəyirəm bir az söhbət eyləyim
sənə nədən deyim, nədən söyləyim
bir neçə xalq çalğı alətimiz var
onların haqqında bir+iki söz deyim

eylə maraq, sənə qurban olum
bir as qulaq, sənə qurban olum
gəl qədim alətlərin dünyasına
salaq soraq, sənə qurban olum

[bənd 2]
tarın sədası ana laylasıdır
sadıqcanın, qurbanın dünyasıdır
lirikası qəlbinə təsir etsə
o bəhramın, əhsənin ifasıdır

sədəfli tar, sənə qurban olum
çal, yeri var, sənə qurban olum
kim qulaq assa sənə, min zövq alar
biixtiyar, sənə qurban olum

[bənd 3]
ud səsi bir yanğı salıb qəlbimə
artırır eşqin odunu sən demə
uddakı ecaz elə bir sirr idi
qəm gətirər, çatsa əgər ərkimə
dinlə udu, sənə qurban olum
yanğı budur, sənə qurban olum
dinləməsən bilməyəcəksən nədir
eşqin odu, sənə qurban olum

[bənd 4]
bir qulaq as yastı balabanımıza
həzin səs+sədası hopub canımıza
sən bunu hardan biləsən, erməni?
bu məxsusdur azərbaycanımıza

çal, elə çal, sənə qurban olum
bir nəfəs al, sənə qurban olum
vağzalı çal bütün aşiqlərə
yetsin vüsal, sənə qurban olum

[bənd 5]
zurna səsin dinlə ginən, cəngidir
bir çağırışdır bu, zəfər zəngidir
qoy çalınıb vəcdə gətirsin bizi
haydı, igidlər, yürüş ahəngidir

eylə cihad, sənə qurban olum
dadi bidad, sənə qurban olum
baş gedirsə, getsin, vətən sağ olsun!
qoy ginən ad, sənə qurban olum
[bənd 6]
nağara bir döyüntüdür ürəkdə
bir dəli sevda vardır tütəkdə
bir səs də var, heç bir səsə bənzəmir
o qalxıb dolanır çarxı fələkdə

eylə dua, sənə qurban olum
badi xuda, sənə qurban olum
həzin yalvarış səsinin eşqinə
ver bir şəfa, sənə qurban olum

[bənd 7]
bəzmdir, tarla yanaşı kamandır
onlar əzəldən bəri həmzəbandır
naləsi insan səsinə bənzəyir
aşiqi divanə qoyan fəqandır

titrə, kaman, sənə qurban olum
eylə fəqan, sənə qurban olum
naləmi qaldır göyə sən, zülmü boğ
vermə aman, sənə qurban olum

səsin, sözün sehridir bu, əfv elə
olsa xəta, sənə qurban olum



Random Lyrics

HOT LYRICS

Loading...