azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

xuraman şuşalı – əcəb oldu lyrics

Loading...

[bənd 1]
dindirmədi, ey dil, səni canan, əcəb oldu
etdin nə qədər naləvü əfğan, əcəb oldu
yüz dəfə dedim, vəsli təmənnasına düşmə
yandırdı səni möhnəti hicran, əcəb oldu
yandırdı səni möhnəti hicran, əcəb oldu

[bənd 2]
gülüzlü gözəl yarın olub qeyri ilə həmdəm
çıxsın gözün, olsun ciyərin qan, əcəb oldu
ol zülfə könül vermə dedim, qoy desin aləm
indi sənə divaneyi+dövran, əcəb oldu
indi sənə divaneyi+dövran, əcəb oldu

[bənd 3]
qoydun niyə ağyarı yaxın kuyinə yarın?
cənnətdən uzaqlaşmadı şeytan, əcəb oldu
yarım, elə bir dövrdə gəldik bu cahana
bir gözdə göründü bütün insan, əcəb oldu
bir gözdə göründü bütün insan, əcəb oldu



Random Lyrics

HOT LYRICS

Loading...