azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

yeis otto – otto- tərənnüm lyrics

Loading...

verse 1:

bu şəhər vəfasızdı, inan ki gözlərin qədər
qəlbimi çox qırdın, susdum gözlədim və mən
anladım yoxdu faydası, yarımçıq məktubların da
yazdığım, hər misram, hər sətrim sözlərim hədər

deyirdin onsuz alınmır bizdə sevgi uzaqdan
bax eyni şəhərlərdəyik, ayırır magistrallar
keçmişi çox düşündük yar, ağlı yordu suallar
biz sanki saraysız qalan, aciz, zəif krallar

ödədim canla bədəli, yarımam yenə də yolum dar
ölsəm geridə qoyacaq sən dolu ədəbiyyatım var
nə qədər qorusam mən, dəyər verdiyim insanları
onlar soyuq məzarda, kimsəsiz əbədi yatırlar

çiynimdə illərin yükü, kipriklər islanmış
köksümdə çağlayıb duran ən böyük üsyanmış
mənə tam yadalaşarsan, heç zaman düşünməmişdim
sevdiyim sən deyilmişsən, yalançı insanmış

(skit)

verse 2:
ağlımda yaxşı qaldın, xoş günlərin xatirinə
məhk+m, aşiq olar son nəfəsdə qatilinə
dalğalar küsüb yenə, daha vurmur sahilinə
oxu adımı kitablardan, dövrümüzün sabiriyəm

bir gün geri dönsən, artıq burda olmayacam
həminki adam deyiləm, yoxluğunda solmayacam
susuram həyat sənin, istər adımı unut amma
hərdən salam göndər, ah valla qəlbi yormayacam

sonuncu rənglər kimiyəm rəssamın palitrasında
aramsız yağışlar yağır ağlayır payız yasımda
çalışdım özüm bacardım möcüzə istəmədim heç
ən gözəl yuxum sən idin, tək arzum ayıltmasınlar

çoxdandı ulduz axmır, hava bulanığ səncə niyə ?
əllərimdə tozlu albom söykənirəm pəncərəyə
tutunacağım budaq qırıq , bircə köhnə şək!llər var
hər baxışda ruhum heyran şəklindəki mənzərəyə

addım atmaq, zəhmət olmur dəfələrlə yoxladım
yolun sonu sənə çıxırsa yıxılmaqdan qorxmadım
son görüşlər hüzün dolu, içdə yalnız məyusluq
evə dönərkən, göz yaşımı küçələrdən topladım
əgər ki, gülü sevsən, tikanlarına dözməlisən
eşitdim yorulmusan söylə nə qədər gözləmisən ?
həsrətin ağır gəlsə qəlbdən adını silməz hətta
özgə kəsdə sevinc olsan, sən şairin özləmisən

(skit)



Random Lyrics

HOT LYRICS

Loading...